"Futbolçuların üstündə sanki yük vardı" - Şahin Diniyev

"Futbolçuların üstündə sanki yük vardı" -   Şahin Diniyev
22:17 14 Yanvar 2016
31 İdman
Ölkə mətbuatı
A- A+

Qış hazırlığı dövründə ilk yoxlama oyununu əvəzedici heyətə qarşı keçirən “Kəpəz”in göstərdiyi oyundan Şahin Diniyev razı qalıb. Baş məşqçi klubun rəsmi saytına açıqlamasında oyun haqda danışarkən belə deyib. 


Təcrübəli mütəxəssis yetirmələrinin təlim-məşq toplanışındakı zəhmətini müsbət qiymətləndirib: “Demək olar ki, məşq xarakterli oyun idi. Yüksək səviyyədə fiziki işlərin üzərində işləyirik. Ona görə də futbolçuların üstündə sanki yük vardı. Uşaqlar səhər də məşq edib oyuna çıxmışdılar. Hərəsi 35 dəqiqədən ibarət iki hissə oynadılar. Fiziki baxımdan təzyiq altında oyuna çıxsalar da, yaxşı mübarizə apardılar. Mənim əsas istəyim fiziki durumun yaxşı olmasıdır. Futbolçular düzgün yolda olduğumuzu göstərdirlər. İlk üç gündə keçdiyimiz məşqlər komandaya çox xeyir verib. Cinahların oyunu məni lap sevindirdi. Hücumlar zamanı sürəti gördüm”.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotfutbolcularn-ustund-sanki-yuk-vardquot-t46806.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR