Androloqa müraciət etmək üçün 10 SƏBƏB

Androloqa müraciət etmək üçün 10 SƏBƏB
22:22 14 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Milli.Az lent.az-a istinadən androloq-seksopatoloq Orxan Ağabəyovun məqaləsini təqdim edir.

Bir çox başqa kişilər kimi, siz də həyatın qarşınıza qoyduğu bütün suallara özbaşına cavablar tapmağa çalışırsız? Və əlbəttə ki, bu işdə sizin ən etibarlı köməkçiniz internetdir. Sağlamlığınızla bağlı problemlər ortaya çıxanda, siz, istisna deyil ki, ilk növbədə noutbuku açırsız. Həqiqətən də çox asandır: özündə hər hansı bir əlamətləri aşkar edib, axtarışa "açar" sözləri daxil edən kimi istənilən həyat məsələləri ilə bağlı cavablar alırsan.

Elə dərman preparatlarının əksəriyyətini də ölkəmizdə reseptsiz almaq mümkündür - getdin, aldın və qəbul etdin. Tez, ucuz və rahat. Fikirləşirsiz ki, xəstəliyi aldada bildiniz və ya qismətdən qaçdınız? Çox təəssüf ki, belə özbaşına müalicə pis nəticələrə gətirib çıxara bilər. Nəticədə isə:

1. Xəstəlik xroniki formaya keçə bilər və artıq təxmin etdiyiniz kimi, o, sizi bütün həyatınız boyu tərk etməyəcək.

2. İstər orqanların birində, istər bütövlükdə orqanizmdə ciddi pozuntulara gətirib çıxaran ağırlaşmalar yarana bilər.

3. "Diaqnoza düşməmək" ehtimalı və digər bir xəstəlikdən müalicə olmaq ehtimalı yüksəkdir (siz axı mütəxəssis deyilsiniz!)

4. Dərman preparatlarına qarşı ağır allergik reaksiyalar əmələ gələ bilər.

Ümumiyyətlə, öz kişi sağlamlığınızı riskə atmağa dəyməz. Bu gün biz androloqun əyani qəbuluna düşməyin lazım olduğunu göstərən 10 əsas əlamətdən danışacağıq.

1. Sidik kanalından (uretradan) ifrazatlar.

Uretradan normada sidik və sperma ifraz edilməlidir, yalnız o şərtlə ki, siz özünüz bunu istəyirsiz (və siz gənc yaşda deyilsiz, həmçinin seksual cəhətdən özünüzü uzun müddət saxlamırsız, hansı ki, özü-özlüyündə yaxşı bir hal deyil). Əlbəttə ki, uretra və prostat vəzinin fizioloji ifrazatları vardır, lakin bu axıntılar normalarına görə elə az miqdardadırlar ki, onları heç görməyə də bilərsiz. Əgər sizdə uretradan ifrazatlar varsa, bu o demək deyil ki, mütləq cinsi infeksiya ilə yoluxma baş verib. Bunlar soyuqlamadan sonra sidik kanalı və prostat vəzidə özünü büruzə verən iltihabdan da ola bilər. Həmçinin, digər orqanlarda hər hansı bir xəstəliyin ağırlaşması ola bilər. Hər halda, siz qeyri-adi bir şey görsəniz və ya hiss etsəniz, o zaman mütləq mütəxəssisin qəbuluna düşün.

2. Uretrada kəskin ağrılar, qıcıqlanma və qaşınma.

Sidik kanalında vaxtaşırı sağlam insan da müxtəlif hisslər keçirə bilər, bu isə aktiv cinsi həyatın davamlılığı, qoruyucu və lubrikantların, ədviyyaların istifadəsi ilə də bağlı ola bilər. Lakin bu, müntəzəm şəkildə baş verirsə və əlamətlərin güclənməsi ilə müşahidə olunursa, o zaman vaxtı uzatmaq olmaz - artıq həkimə müraciət etməyiniz lazımdır.

3. Aralıq nahiyəsində, xayalarda, anusun ətrafında, belin aşağı nahiyəsində olan ağrılar.

Bax bu artıq onun əlamətidir ki, sizdə problemlər var (əlbəttə ki, dünən sən at çapıb, qaydasız döyüşdə və küçə davasında iştirak etməmisənsə).

4. Sidik ifrazının pozulması.

Siz fikir vermisiz ki, əvvəllər gələn sidik axını ilə qar üstündə sözlər yaza bilirdin indi isə həmin sidik axını zəifləyib? Siz daimi olaraq rahatlaşıb boşalmaq istəyirsizsə və ya əksinə, unitaz qarşısında uzun müddət dayanaraq düşüncələrə qapılırsızsa? Siz gəlin bir həkimə gedin. Bu əlamətlər ciddi xəstəliklərin əlamətləri ola bilər.

5. Sidik və ya spermada rəng dəyişikliyi və ya hər hansı qatqıların əmələ gəlməsi (çirk, qan).

Bu, niyə baş verir? Yalnız mütəxəssis bundan baş çıxarda bilər.

6. Xarici cinsiyyət orqanlarının üzərində (ləkələrin, eroziyanın, yara-xoraların) və ya törəmələrin ("şişlərin") əmələ gəlməsi.

Bunlar çirkdən və ya istidən deyil. Çox güman ki, siz hansısa xəstəliyə yoluxmusuz.

7. Libidonun (istəyin, ehtirasın) azalması və ya tamamilə olmaması

Əgər siz libidonun artırılması yollarına aid olan məqaləni artıq oxumusuzsa və yenə sizə heç bir şey kömək etmirsə, istisna deyil ki, sizin orqanizmində problem var - müalicə olmaq lazım olacaqdır.

8. Ereksiyanın zəifləməsi (cinsi zəiflik).

Ola bilsin ki, siz yorulmusuz, yaxşı yuxu almamısız və ya stress keçirmisiz. Amma ola bilər ki, yanında "yaxşı qıcıqlandırıcı obyekt" yoxdur və ya siz qoruyuculardan düzgün istifadə etmirsiz. Lakin problem daha da dərin ola bilər, o hormonal funksiyanın pozulması, damarların, daxili orqanların və ya sidik-tənasül sisteminin xəstəlikləri ilə əlaqədar ola bilər.

9. Asteno-vegetativ sindrom

Halsızlıq, yüksək yorğunluq, iş qabiliyyətinin aşağı düşməsi, əsəbilik, dəyişkən əhval-ruhiyyə, yuxu pozuntusu, tərləmə, nəbzin sürətlənməsi və s. Belə sindroma adətən xroniki prostatitdən əziyyət çəkən kişilərdə rast gəlinir.

10. Sizi həyəcanlandıran istənilən simptomlar və suallar

Cinsiyyət orqanlarının sizi qane etməyən ölçüləri və ya rəngi, qadınlarla tanış olmamaq bacarığı, valideynlər tərəfindən təzyiq, seksual pozalardan qeyri-məmnunluq və s. Mən, 15 ildir ki müxtəlif androloji xəstəliklərdən əziyyət çəkən və hərdən qeyri-adi olan şikayətlərlə də gələn xəstələri qəbul edirəm. Yəni bu məqalədə yazılan səbəblər daha çox rast gəlinəndi, amma başqa səbəblər də ola bilər.

Buna görə də, əgər sizdə hər hansı problemlər və ya suallar varsa, o zaman ən yaxşısı odur ki, androloqa müraciət edəsiz. Özünə hörmət etmək, sağlamlığa isə dəyər vermək lazımdır. Uğurlar!

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Şimali Koreya uğurlu raket sınağı keçirdi

30 May 2017 02:44

Bred Pittin yeni FOTOları

30 May 2017 02:32

Azərbaycanlı səfir Braziliya Senatının radiosuna müsahibə verib

30 May 2017 02:28

Əmrah Sərdarı məhkəməyə verdi - 25 minə görə

30 May 2017 02:24

Yəməndə vəba epidemiyası: 500 ölü

30 May 2017 02:18

Bağdadda partlayış nəticəsində 4 nəfər ölüb

30 May 2017 02:17

Türkiyədə iqtidaryönlü qəzetin baş redaktoru öldürülüb

30 May 2017 02:12

Moskvada qasırğa Kremlin Senat sarayının dam örtüyünü uçurub

30 May 2017 01:57

"İŞİD-i məhv etmək üzrəyik" -

30 May 2017 01:54

Belçikada marafon zamanı açılan atəş baş nazirin "qulağını batırıb"

30 May 2017 01:47

BELƏSİ HEÇ OLMAMIŞDI - Helikopteri cinsiyyət orqanıyla dartdı - FOTO/VİDEO

30 May 2017 01:43

Elementlərit ideal müvazinətli lampa - FOTO

30 May 2017 01:32

Misir Liviya ərazisinə havadan zərbə endirib

30 May 2017 01:32

"ABŞ artıq dünya lideri deyil" -

30 May 2017 01:30

Səfir Elxan Poluxov Braziliya Senatının radiosuna müsahibə verib

30 May 2017 01:29

Azərbaycan klubları George Hacının baş məşqçi olduğu komanda ilə oynayacaqlar

30 May 2017 01:27

Türkiyədə baş redaktor öldürüldü

30 May 2017 01:19

Qasırğa Moskvanı bu vəziyyətə saldı - FOTOLAR

30 May 2017 01:13

Sirri açılmayan -

30 May 2017 01:03

Pələng zoopark əməkdaşını parçaladı

30 May 2017 00:54

Uyuşdurucu, kimyəvi maddə, stress çarxı - Dünyada qadağan olunan 10 POPULYAR OYUNCAQ - VİDEO

30 May 2017 00:48

Süni ətlə bağlı yayılan video narahatlıq yaradıb -

30 May 2017 00:45

Ziqmar Qabriel ABŞ-ı tənqid atəşinə tutdu

30 May 2017 00:29

Pələng zooparkın qadın işçisini parçaladı - VİDEO

30 May 2017 00:28

Misir Liviyada terrorçuların mövqelərini bombaladı

30 May 2017 00:28

Azərbaycan gözəli evlilik verilişinə çıxdı - VİDEO - FOTO

30 May 2017 00:27

Üzümə oxşayan rus alçası

30 May 2017 00:05

Orta yaşlı kişilərdə səsdəki azacıq dəyişiklər həyat üçün təhlükəlidir

30 May 2017 00:05

Günün qoroskopu: xam xəyallar qurmağa çox aludə olmayın

30 May 2017 00:05

Astroloji proqnoz - 30 may

30 May 2017 00:03

Misir Liviya ərazisini bombaladı

29 May 2017 23:59

Hind filmlərinə çəkilməmə səbəbi güldürdü - FOTO

29 May 2017 23:57

Sağlam qidalanma şərtləri

29 May 2017 23:57

5 qol vuruldu -

29 May 2017 23:55

Bu il sirli planet Yerlə toqquşacaq - Bəşəriyyət məhv olacaq?

29 May 2017 23:52

Ən zəif nəfəsalma sistemi hansı qan qrupundadır?

29 May 2017 23:52

Orqanizmin yod tələbatı

29 May 2017 23:52

Bu əriklər sağlamlıq üçün təhlükəlidir

29 May 2017 23:52

Azərbaycanın Braziliyadakı səfiri yerli radioya müsahibə verib

29 May 2017 23:47

Qəhvənin insan orqanizminə İNANILMAZ TƏSİRİ

29 May 2017 23:47

Çoban ürək tutmasından ölüb

29 May 2017 23:42

Doğuş ağrılarını azaldan ORİJİNAL ÜSUL

29 May 2017 23:42

Valideynlərin boşanması uşaqların sağlamlığını korlayır

29 May 2017 23:37

Qazaxda çoban ürək tutmasından öldü

29 May 2017 23:34

Daha heç kim qızları zorlaya bilməyəcək - MÜDHİŞ İXTİRA

29 May 2017 23:32

XANIMLAR, DİQQƏT: Ayda 10 dəqiqə ayırmaqla xərçəngdən qoruna bilərsiniz

29 May 2017 23:32

VALİDEYNLƏRƏ ÇAĞIRIŞ: Uşaqlarınızı açıq havaya çıxarın

29 May 2017 23:32

Yəməndə vəba epidemiyası nəticəsində 500 nəfər ölüb

29 May 2017 23:32

Kaliforniya ştat qanunvericiləri

29 May 2017 23:28

Yastı qarın üçün 8 TÖVSİYƏ - idmansız və pəhrizsiz!

29 May 2017 23:27