Coğrafiya bilikləri gülüş doğuran 9 SİYASƏTÇİ

Coğrafiya bilikləri gülüş doğuran 9 SİYASƏTÇİ
22:37 14 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Ötən cümə axşamı Donald Trump Tvitter icması tərəfindən lağa qoyulmuşdu. Çünki cənab Trump-ın həmin gün verdiyi bəyanatından belə görünürdü ki, o deyəsən, Parisin Almaniyada yerləşdiyini düşünür.
Onun iki ayrı hadisə barədə danışdığı və ya coğrafiyanı pis bildiyi bəlli deyil, lakin biznesmen çoxsaylı tənqidlərə cavab verməyib.
BBC coğrafiya ilə "xüsusi münasibətləri" olan daha 9 ABŞ siyasətçisinə diqqət yetirib.

1. John Kerry: Amerika diplomatları "Qırzaxıstandakı demokratik təsisatları dəstəkləyirlər"

Massaçussets ştatının keçmiş qubernatoru, hazırkı dövlət katibi 2013-cü ildə Virciniya Universitetindəki çıxışında Mərkəzi Asiyanın iki ölkəsinin adlarını bir yerə qataraq tamamilə "yeni bir ölkə" icad etmişdi. Beləcə Qırğızıstan və Qazaxıstandan - Qırzaxıstan yaranmışdı.

2. Barack Obama-nın ABŞ-ında 58 ştat var

ABŞ siyasətçilərinin xarici ölkələr barədə səhv etmələrinin günahından bəlkə də keçmək olar, lakin onlar öz ölkərindən danışarkən, gözləntilər, əlbəttə daha tələbkar olur.
Barack Obama 2008-ci ildə keçirdiyi seçki kampaniyasında ABŞ-da mövcud olduğundan daha çox ştata baş çəkdiyini demişdi. Amerikanın 50 ştatı var, lakin Obama Oreqonda keçirilən bir tədbirdə 57 ştat gəzdiyindən söz açmışdı. "57-sində olmuşam, - demişdi prezident, - indi, məncə biri qalıb".

3. Sarah Palin: "Siz əslində Rusiyanı Alyaskadan görə bilərsiniz"

Alyaskanın keçmiş qubernatoru bir sıra coğrafı səhvlərə yol verib, lakin o, Rusiyanı Alyaskadan göməyin mümkün olduğunu deyəndə, lap ağ edib.
Alyaskanı Rusiyadan ayıran Berinq boğazının eni 80 kilometrdir.
Xanım Palin Rusiya ərazisinə yaxınlığına görə özünün bu ölkə üzrə ən yaxşı ekspert olduğunu deyəndə bir xeyli lağa qoyulmuşdu.
Lakin Alyaskanın Kiçik Diomed adasından baxanda Rusiyanın Böyük Diomed adası doğrudan da görünür.

4. George W. Bush: "Afrika qəribə xəstəlikdən əzab çəkən ölkədir"

Oğul George Bush respublikaçı siyasətçilər arasında ən çox xətalara yox vermiş prezident kimi tanınır.
2007-ci ildə Bush İraq müharibəsinə Avstriya qoşunlarını göndərdiyi üçün Avstraliya baş naziri John Howard-a təşəkkürünü bildirmişdi.
Cənab Bush bəzən qitə və ölkələri səhv salardı. O da Paris Hilton, Joe Biden və Sarah Palin kimi düşünürdü ki, Afrika ölkədir.

5. Dan Quayle: "Biz Avropa işinə sadiqik. Biz Avropanın bir hissəsiyik"

Hələ George W. Bush-dan da əvvəl onun atasının vise-prezidenti Dan Quayle olmuşdu.
O bu sayaq bəyanatları ilə yadda qalıb: "Mən Kaliforniyanı çox sevirəm. Əslində mən elə Feniksdə böyümüşəm (Feniks Arizona ştatındadır), "Burada, Çikaqo ştatında olmaq bir xoşbəxtlikdir (Halbuki Çikaqo ştat yox. İllinoys ştatının şəhəridir).

6. Dick Cheney: "Peru xalqı Venesuela prezidentindən daha yaxşı liderə layiqdir..."

Başqa bir vise-prezident - Dick Cheney çoğrafi səhv etməklə xəbər başlıqlarına çıxmışdı.
O 2007-ci ildə etdiyi xarici siyasət nitqində Venesuela prezidenti Hugo Chavez-i tənqid edərkən demişdi ki, "Peru xalqı daha yaxşı prezidentə layiqdir".

Halbuki, Peru Venesueladan 800 kilometr cənub-qərbdə, hətta Ekvador və Kolumbiyadan da o yanda yerləşir.

7. Gerald Ford: "Şərqi Avropada Sovet hegemonluğu yoxdur və nə qədər ki, Ford administrasiyası var, heç vaxt olmayacaq"

1979-cu ildə ikinci müddət prezidentlik üçün kampaniya aparan Ford bunu deməklə hamını caşdırmışdı, çünki İkinci Dünya Müharibəsindən sonra Şərqi Avropa məhz Sovet hegemonluğu altında idi.
Bəziləri düşünürlər ki, onun həmin seçkini kiçik fərqlə demokrat Jimmy Carter-ə uduzmasında bu bəyanatı da rol oynamışdı.

8. John McCain: "... İraq-Pakistan sərhədindəki vəziyyət nəzərə alınarsa..."

2008-ci ildə cənab McCain demişdi ki, "xüsusilə də İraq-Pakistan sərhədindəki vəziyyət nəzərə alınarsa, bizi Əfqanıstanda çətin döyüşlər gözləyir" demişdi.
Necə olmuşdusa o, iki ölkə arasında 1200 kilometrlik məsafə olan o boyda İranın olduğunu yaddan çıxarmışdı.

9. Hank Johnson: "Quam adası bir gün aşıb batacaq"

Konqresin Corciya ştatından demokrat millət vəklili Hank Johnson ABŞ-ın Sakit okeandakı ada ərazisi olan Quam adasının gələcəyindən ciddi narahatlıq ifadə etmişdi.
O Konqres dinləməsində, bəlkə də obrazlı şəkildə bəyan etmişdi ki, əhalinin ifrat artdığı Quam, belə getsə aşıb sulara qərq olacaq.
Cənab Johnsonun bu sualı ünvanladığı dəniz admiralı isə təfavütünü pozmadan "belə bir şei gözlənilmir" demişdi.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/397902.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR