Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Messinin arzusu

Messinin arzusu

Date: 14 January 2016 23:01

Bu günlərdə futbolçu karyerası ərzində 5-ci dəfə "Qızıl top" qazanan Lionel Messi bəzi açıqlamaları ilə yadda qalıb.

ANS PRESS-in məlumatına görə, argentinalı ulduz Argentina klubunda oynamaq istəyir.

FIFA-nın yığma komandaların baş məşqçiləri və kapitanları, həmçinin jurnalistlər arasında keçirilən sorğunun qalibi arzularını dilinə gətirib.

"Uşaqlıqda arzularımdan biri Argentinada oynamaq idi. Amma uşaq vaxtı vətənimdən ayrılmalı oldum. Avropaya - "Barselona"ya gəldim və bu arzum gerçəkləşmədi. Amma bir gün Argentina futboluna dönmək istəyirəm. Sonra nə olacaq, bunu Tanrı bilir",- deyə Messi bildirib.

1987-ci il iyunun 24- də Argentinanın Rosario şəhərində anadan olan Messi vətənində yalnız bir müddət doğma şəhərində məskunlaşan “Nyuels Old Boyz” klubunun şərəfini qoruyub.


“Nyuels Old Boyz” klubu

""Qızıl top" qazanmaq çox gözəl bir duyğudur. Uşaqlığımdan xəyal etdiyim arzularımdan daha artığını qazanmışam. Ailəmə, komanda yoldaşlarıma təşəkkür edirəm. Onlarsız bütün bu uğurları qazana bilməzdim. Mənə verdiyi hər şeyə görə futbola təşəkkür etmək istəyirəm. Futbol sayəsində bu gün burdayam", - deyə "Barselona"nın və Argentina millisinin aparıcı futbolçusu vurğulayıb.

Messi sorğuda Kriştiano Ronaldo (Portuqaliya, Real) və Neymarı (Braziliya, Barselona) qabaqlayıb. Ronaldo 3 dəfə (2008, 2013, 2014) mükafata sahib çıxıbsa, Neymar ilk dəfə namizəd olunmuşdu.

Tags:  Messinin arzusu

RƏYLƏR


Top news