Yeyib-içmək üçün ev yaran dəstə tutuldu - VİDEO

Yeyib-içmək üçün ev yaran dəstə tutuldu - VİDEO
23:37 14 Yanvar 2016
59 Digər
Ölkə mətbuatı
A- A+

Abşeronda yeyib-içmək istəyən şəxslər oğurluğa əl atdı. Hadisə Abşeron rayonun Mehdiabad kəndində qeydə alınıb.

Milli.Az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Mehdiabad polis bölməsinə müraciət edən vətəndaşlar evlərindən pul və qızıl zinət əşyalarının oğurlanmasını bildiriblər.

Əməliyyat axtarış tədbirləri nəticəsində Abşeron rayon polis idarəsi və Mehdiabad polis bölməsinin əməkdaşları həmin oğurluqları törətməkdə şübhəli bilinən qəsəbə sakinləri 19 yaşlı Nürəddin Orucov, 24 yaşlı Nihad Qəhramanov və bir azyaşlını saxlayıblar.

Saxlanılan şəxslər dindirlmə zamanı yeyib-içmək üçün oğurluq etdiklərini etiraf ediblər.  

Aşkar olunan faktlarla əlaqədar Abşeron rayon polis idarəsində CM oğurluq maddəsi ilə başlanan Cinayət işi üzrə araşdırmalar davam edir.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/398019.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR