“İtkin düşmüş” xanım idmançımız karyerasını bitirdi

“İtkin düşmüş” xanım idmançımız karyerasını bitirdi
00:46 15 Yanvar 2016
97 İdman
Ölkə mətbuatı
A- A+

Cüdo üzrə qadınlardan ibarət milli komandamız bir üzvünü itirdi. Kifayət Qasımovanın uzun zamandır millinin düşərgəsində görünməməsi diqqətimizdən yayınmamışdı. Xanım cüdoçumuzun bu müddət ərzində gözə dəyməməsi onun harada olması, nə iş görməsi ilə bağlı maraqlanmağımıza səbəb oldu.
 
Publika.az-ın federasiyaya yaxın mənbədən əldə etdiyi məlumata görə, xanım cüdoçumuz idmandan uzaqlaşıb. K.Qasımovanın karyerasında ard-arda gələn uğursuzluqlar onu idmandan soyudub. Buna görə də cüdoçumuz idmanı tərk etmək qərarına gəlib. Bundan əlavə xanım cüdoçumuzun sonuncu dəfə aldığı zədənin bərpası heç də ürəkaçan deyil.
 
Həmçinin idmançımıza yaxın mənbənin (adının çəkilməsini istəmədi) verdiyi məlumata görə, K.Qasımova yaxın zamanda özəl həyatında da yenilik edə bilər. Bütün bunlar onun idmandan uzaqlaşmasına səbəb olub.
 
Xatırladaq ki, xanım cüdoçumuz saytımıza danışarkən bildirmişdi ki, karyerasını Rio olimpiadasından sonra bitirəcək. Ancaq onun lisenziya xarakterli turnirlərdə də adı çəkilmirdi. Buna görə də idmançımız bu qərarını tezləşdirib və Rio Olimpiya Oyunlarını gözləmədən getmək qərarı alıb.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-tkin-dumu-xanm-idmancmz-karyerasn-bitirdi-t46808.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR