İtaliya naziri: Avropa seçim etməlidir

İtaliya naziri: Avropa seçim etməlidir
00:08 15 Yanvar 2016
31 Digər
Ölkə mətbuatı
A- A+


Roma, 15 yanvar, AZƏRTAC
Avropa Şengen sistemi ilə Dublin qaydaları arasında seçim etməlidir. Çünki hazırkı miqrant böhranı bu iki sistemin bir-birinə uyğun olmadığını göstərir.
Bu sözləri İtaliyanın xarici işlər naziri Paolo Centiloni Romada “Miqrasiya və beynəlxalq əlaqələr. İtaliya-Afrika gündəliyi” mövzusunda keçirilmiş seminarda səsləndirib.
İtaliyalı nazir diqqətə çatdırıb ki, bu gün Avropa İttifaqı (Aİ) iki seçim qarşısındadır: ya sonu olmayan miqrant axınının yaratdığı çətinliklərdən əziyyət çəkməyə davam edəcəyik, ya da bu çağırışa nəzarəti gücləndirməliyik. Avropa birgə hərəkət etdiyi və uzun müddət bundan öncə qəbul olunmuş qaydaları hazırkı reallıqlara uyğunlaşdırdığı təqdirdə müvafiq problemlə ayaqlaşa bilər.
Qeyd edək ki, hazırda İtaliya miqrantların barmaq izlərinin götürülməsi ilə bağlı Aİ tərəfindən təzyiqlərlə üzləşib. Bu ölkə sığınacaq axtaranların gəldikləri ilk Aİ ölkəsində qalmasını tələb edən Dublin konvensiyasının müddəalarına yenidən baxılmasını istəyir. İtaliyanın rəsmi dairələri hesab edirlər ki, əksər miqrantların Aralıq dənizi vasitəsilə İtaliyaya və ya Şimali Afrikadan Yunanıstana keçdiklərini nəzərə aldıqda bu qayda səmərəsiz olur. 2014-cü ilin əvvəllərindən etibarən 320 mindən çox miqrant İtaliyaya gəlib. Lakin sistematik yoxlamaların zəifliyi ucbatından onların böyük bir qisminin İtaliyada qeydiyyata düşmədən digər Avropa ölkələrinə keçmələrinə zəmin yaranıb. Bu məsələyə münasibət bildirən P.Centiloni əlavə edib ki, müvafiq problem Aİ-nin 28 üzv ölkəsinin birgə üzləşməli olduğu bir çağırışdır.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Italiya_naziri_Avropa_sechim_etmelidir-918631

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR