Rusiya dünyanın diqqətində olan hərbi bazanı ələ keçirdi (VİDEO, FOTO)

Rusiya dünyanın diqqətində olan hərbi bazanı ələ keçirdi (VİDEO, FOTO)
00:16 15 Yanvar 2016
83 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın Suriyada ən strateji nöqtəsi sayılan “Hmeymim” aviabazasının statusu dəyişib.

ANS PRESS-in məlumatına görə, Rusiya və Suriya arasında əldə olunan razılaşmaya əsasən aviabaza tamamilə Rusiyanın ixtiyarına verilib.

Qeyd edilir ki, tərəflər arasında razılaşma 2015-ci il avqustun 26 -da Dəməşqdə bağlanıb.



""Hmeymim" aerodromu, ərazisi və onun infrastrukturu tərəflərin arasında bağlanan razılaşma ilə pulsuz əsasla Rusiya Federasiyasının istifadəsinə verilir", - deyə razılaşmanın mətnində deyilir.


“Hmeymim” aviabazası

Sənəddə həmçinin qeyd olunub ki, tərəflər arasında razılaşma pozulacağı barədə qabaqcadan xəbərdarlıq məktubu yollanmalıdır. Rusiya hərbçiləri 2015-ci ilin sentyabrın 30-dan beynəlxalq koalisiya güclərindən kənar IŞID terror qruplaşmasina qarşı mübarizə aparır.

İŞİD və Suriyadakı digər müxalif qrupların hərbi obyektlərinə zərbələr endirən rus təyyarələri “Hmeymim” aerodromundan havaya qalxır. Rus ordusunun ən son model bombardmançı təyyarəsi Su-34, həmçinin modernləşdirilmiş Su-24M bombardmançısı, Su-25 qırıcısı və digər hərbi texnikası bu bazada qərarlaşıb.



Bir müddət əvvəl Rusiya Müdafiə Nazirliyi “Hmeymim” aviabazasının mühafizəsinin gücləndirilməsi üçün yeni S-400 zenit-raket komlekslərinin göndərildiyi barədə videoçarx yayıb. Ruslar üçün “Hmeymim” aviabazası olduqca strateji bir nöqtə sayılır.

Ruslar Suriyaya S-400-lər yollamaqla əslində Suriyanın səmasını "qapatmaq", uçuşlara qadağa bölgə yaratmaq istəyir. Bununla da Rusiya Türkiyəyə yox, NATO-ya meydan oxuyur. Rusiya indi NATO-nu sınağa çəkib. S-400-lərin "Hmeymim" aviabazasına yerləşdirilməsi Suriya səmasının bütünlüklə Rusiyanın nəzarətinə keçməsi deməkdir. Bundan sonra Rusiya Suriyada Türkiyə ilə yanaşı, NATO-nun istənilən ölkəsinin istənilən təyyarəsini asanlıqla hədəfə alaraq vura biləcək.


Suriyanın hərbi xəritəsi

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369755

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR