“Təkcə ATV-də yox, kanalların 90 faizində qadağadayam”

“Təkcə ATV-də yox, kanalların 90 faizində qadağadayam”
01:05 15 Yanvar 2016
192 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Roza Zərgərli ATV kanalı tərəfindən ona qoyulan efir qadağasına aydınlıq gətirib.

Axşam.az-ın məlumatına görə, ifaçı təkcə ATV-nin yox, digər televiziyaların da “qara siyahı”sına düşdüyünü deyib:

“Mən təkcə ATV-də yox, demək olar ki, 90 faiz yerli kanallarda və radio FM-lərdə özümə də məlum olmayan səbəblərə görə efir qadağasındayam. Nə qədər gülməli görünsə də, reallıq budur. Dəvət olunduğum dövlət tədbirlərində, xeyriyyə konsertlərində, hərbi hissələrdə həmişə iştirak etmişəm, əlimdən gələni əsirgəməmişəm. Tamaşaçı sevgisi, alqış mənim üçün bu sənətdə ən dəyərli məfhumlar olub. Şükür Allaha ki, bunu kanallarda “qadağa” ilə üzləşməmişdən qabaq da, sonra da az və ya çox qazanmışam. Qazanmağa da davam edirəm. “Qadağa” ilə itirdiyim heç nə olmayıb, əksinə özümün də bilmədiyim, qazandığım düşmənlərim olub. Bir neçə kanalda qadağa ilə üzləşməyimə, demək olar ki, üzülməmişəm. Bu, məni heç vaxt ruhdan salmayıb. Nə etsəniz də, hansı yola əl atsanız da nə məni, nə də digər həmkarlarımı sevənlərindən ayıra bilməyəcəksiniz!”.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=44281

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR