Ermənistandan Kiril açıqlaması

Ermənistandan Kiril açıqlaması
01:21 15 Yanvar 2016
40 Digər
Ölkə mətbuatı
A- A+

“Rusiya patriarxı Kirilin açıqlaması çox uğursuz idi”. ANS PRESS-in məlumatına görə, bu sözləri Ermənistan xarici işlər nazirini müavini Şavarş Köçəryan deyib.

Onun sözlərinə görə, patriarxın açıqlamasından sonra onların mətbuat xidməti məsələyə aydınlıq gətirərək həmin fikirlərin “erməni soyqırımı”na aid olmadığını dedi. “Lakin istənilən halda bu açıqlama olduqca uğursuz alınıb”, - deyə Şavarş Köçəryan bildirib.


Şavarş Köçəryan - Ermənistan xarici işlər nazirini müavini


Bir neçə gün əvvəl Rusiya patriarxı Kirill "erməni soyqırımı"nın olmaması barədə müsahibə verib. Patriarx bu barədə "Rusiya 1" televiziya kanalında Milad bayramı ərəfəsində verdiyi müsahibəsində deyib.

Kirillin televiziyaya müsahibəsində müsəlmanların heç vaxt soyqırım törətmədiyini bildirmişdi. O, qeyd etmişdi ki, Osmanlı imperiyasında xristianlar da olub, amma onları heç kim məhv etməyib. Çünki dini icmalar arasında münasibətlərin bir nizamı olub.


Patriarx Kirillin müsahibəsi


Kirilin bu açıqlamalarına baxmayaraq Rusiya "erməni soyqırımı"nı tanıyan dövlətlərdən biridir. Həmçinin Ermənistanla çox sıx əlaqələri var.

Qondarma soyqırımı Rusiya ilə yanaşı Uruqvay, Fransa, Boliviya, Çili, Livan dövlətlər tanıyıb.

Rusiya və Türkiyə arasında "Su-24" qalmaqalı baş verdikdən sonra "Ədalətli Rusiya" partiyası qondarma erməni soyqırımını inkar edənləri cəzalandırmağı təklif edib. Partiya üzvləri "soyqırım"ı inkar edənləri 5 il müddətinə azadlıqdan məhrum etməyi, yaxud onları 500 min rubl (8 min 50 manat) məbləğində cərimələməyi istəyir.

Bu qanun layihəsini Rusiya Dövlət Dumasına bir qrup deputat təklif edib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369728

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR