Selin Dionun əri öldü

Selin Dionun əri öldü
02:01 15 Yanvar 2016
41 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Selin Dionun qırtlaq xərçəngindən əziyyət çəkən həyat yoldaşı Rene Ancelil dünyasını dəyişib.

Axşam.az lifenews.ru-ya istinadən xəbər verir ki, Selinin həm də meneceri olan Rene bu gün səhər Las-Veqasdakı evində keçinib. R.Ancelilin ailə üzvləri ictimaiyyətə müraciət edərək onların kədərinə hörmətlə yanaşmağı və belə çətin məqamda narahat etməməyi xahiş ediblər.

Qeyd edək ki, Rene Ancelil Selin Dionun meneceri kimi onun karyerasına hər zmaan dəstək olub. Onların 14 yaşlı Rene-Çarlz, 5 yaşlı Nelson və Eddi adlı əkziləri var. Renenin əvvəlki nikahından isə daha 3 övladı dünyaya gəlib.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=44283

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR