İstanbuldakı dəhşətli terrorun səbəbi (VİDEO)

İstanbuldakı dəhşətli terrorun səbəbi (VİDEO)
02:06 15 Yanvar 2016
37 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə Sultan Əhməd meydanında baş verən terror olayını xarici ölkələr üzrə siyasi-araşdırmaçı, İHA-nın xarici xəbərlər departamentinin direktoru Muammər Sərhan şərh edib.

- Türkiyədə son vaxtlar baş vermiş silsilə terror aktlarının səbəbi nədir?

– Son zamanlar Türkiyədə silsilə terror aktları artıb. Əlbəttə ki, bunun müxtəlif səbəbləri var. Bunlardan birincisi bu gün müxtəlif ad altında fəaliyyət göstərən terror qruplaşmalarının istəyi Suriyada kök salmaq və oradan Türkiyə üzərində Avropa ölkələrinə geçərək terror aktları həyata keçirməkdir.

Hazırda PKK-a Kandildən aldığı dəstək sahəsində Türkiyədə terror olaylarının sayını artırıb. Belə ki, bu terror qruplaşmasının Kobani ərazisində düşərgəsi var. Onlar burada öz fəaliyyətlərini davam etdirirlər. Bununla yanaşı onlar dünyanın siyasi səhnəsində belə yer almaq istəyirlər. Hazırda bəzi Qərb dövlətləri və onların kəşfiyyat qurumları bu terror qruplaşmalarının arxasında yer alırlar. Nəticə etibarı ilə onlarda dəstək alan terror qruplaşmaları amansızcasına Türkiyədə terror aktlarını həyata keçirirlər.

- Bu terror aktları Türkiyə hökumətinin, yəni AKP-nin hansı addımlarına cavabdır?

- Bir müddət öncə AKP Avropa Birliyi ilə miqrant məsələsini müzakirə etdi. Müzakirlər zamanı Avropa Birliyi ilə Türkiyə arasında 3 milyard avro dəyərində bir yardımlaşma razılaşması əldə olundu. Bu vəsait Türkiyəyə veriləcək.

Məhz terror qruplaşmaları çalı.ır ki, bu vəsait Türkiyəyə daxil olmasın, bunun qarşısını alamq məqsədilə terror aktları həyata keçirirlər. Bu terror aktlarının digər bir səbəbi isə Almaniyanın son zamanlar İŞİD terror qruplaşmalarına qarşı əməliyyatlarda iştirak etməsidir. Məhz Sultan Əhməd meydanında terror aktının törədilməsindən məqsəd isə bir daşla bir neçə quşun vurmaqdır.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369757

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR