“Əl-Qaidə Səudiyyə kralının ailəsini hədəf alıb

“Əl-Qaidə Səudiyyə kralının ailəsini hədəf alıb
02:09 15 Yanvar 2016
42 Dünya
Ölkə mətbuatı
A- A+

“Əl-Qaidə” terror təşkilatının lideri Ayman əz Zəvahiri tərəfdarlarını Səudiyyə Ərəbistanına hücumlar törətməyə çağırıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ABŞ-ın terrorçuluqla mübarizə sahəsində fəaliyyət göstərən “SITE Intelligence Group” analitik şirkətin məlumatlarına əsasən, dərc olunan yeddi dəqiqəlik video çarxda “Əl-Qaidə” lideri tərəfdarlarını “dini korlayan çürümüş rejim” adlandırdığı Səudiyyə Ərəbistanının kral ailəsinə hücumlar törətməyə çağırıb. Ayman əz Zəvahiri həmçinin İsrail və Qərb dövlətlərini nəzərdə tutduğu “sionist və əhl-səliblərin ittifaqı”na da  hücumlar törətməyə çağırıb.  

   

“Əl-Qaidə” liderinin video müraciəti  Səudiyyə Ərəbistanında kütləvi edama cavab olaraq dərc edilib. Nəşrin məlumatına görə, edam olunanların əksəriyyəti “Əl-Qaidənin”   2003-2004-cü illərdə törətdiyi terror aktlarında iştirakda ittiham edilən şəxslər olub. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228755

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR