Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ağayevin yeni klubu açıqlandı (FOTO)

Date: 15 January 2016 02:46

Premyer Liqanın III dövrəsi üçün hazırlığını davam etdirən “Sumqayıt” növbəti futbolçunu heyətinə qatıb.

ANS PRESS-in məlumatına görə, "gənclik şəhəri" təmsilçisi yığmamızın üzvü Səlahət Ağayevlə güclənib.

25 yaşlı qapıçı mövsümün sonuna qədər “Sumqayıt”ın şərəfini qoruyacaq. Qolkiper komandada 1 nömrəli formanı geyinəcək.
Səlahət Ağayev 2012/13 mövsümündə “Sumqayıt”da çıxış edib və 23 qarşılaşmada meydana çıxıb. O, 8 dəfə Azərbaycan millisinin formasını geyinib. Ağayevin son klubu isə Bakının "İnter" klubu olub.


Nicat Muxtarov

Qeyd edək ki, bir müddət əvvəl sumqayıtlılar “Rəvan”da çıxış etmiş Nicat Muxtarovla 2,5 illik müqavilə imzalayıb.1995-ci il təvəllüdlü adıçəkilən futbolçu “Sumqayıt”da 8 nömrəli formanı geyinəcək. Muxtarov bu mövsüm "Rəvan"ın heyətində 17 oyun keçirərək 2 qol vurub. "Sumqayıt" bundan əvvəl Vaqif Cavadovu, Kənan Manafovu və Eltun Yaqublunu heyətinə qatıb.

Tags:  Ağayevin yeni klubu açıqlandı FOTO

RƏYLƏR


Top news