Daha bir iranlı general öldürüldü (FOTO)

Daha bir iranlı general öldürüldü (FOTO)
03:41 15 Yanvar 2016
30 Digər
Ölkə mətbuatı
A- A+

İran İnqilabı Keşikçiləri korpusunun Suriyada döyüşən növbəti yüksək rütbəli hərbçisi bu ölkədə dünyasını dəyişib. ANS PRESS-in “Fars” agentliyinə istinadən verdiyi məlumata görə, Korpusun briqadir generalı Səid Səyyah Tahiri Suriyada öldürülüb.

Xəbərdə general Tahirinin 1980 – 88-ci illərdə gedən İran – İraq müharibəsində iştirak edən fəal hərbçilərdən biri olduğu qeyd edilib.

Xəbər mənbəyi generalın Suriyanın hansı bölgəsində və hansı şəraitdə öldürüldüyünü bildirməyib.


General Səid Səyyah Tahiri (sağda) və 2015-ci ilin oktyabrında suriyada öldürülən komandir Hüseyn Həmədani (ortada)

Suriyada 2011-ci ildən bəri davam edən vətəndaş müharibəsində rəsmi Tehran Bəşər Əsəd rejiminə canlı qüvvə ilə dəstək verir. Təxmini rəqəmlərə görə, indiyə qədər Suriyada İran İnqiabı Keşikçiləri korpusunun 8 general və onlarla rütbəli zabit olmaqla 400-dən çox hərbçisi ölüb.

Məlumata görə, oktyabrın 1-dən bu günə qədər isə 4 general olmaqla ölən iranlı hərbçi sayı 55-i ötüb.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369763

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR