Ağcabədidə "Mercedes", Tovuzda mağaza yanıb

Ağcabədidə "Mercedes", Tovuzda mağaza yanıb
04:03 15 Yanvar 2016
20 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Ağcabədi rayonu, Qarakeçdi kəndində vətəndaşa məxsus "Mercedes" marlalı minik avtomobilinin salonunda idarəetmə lövhəsi və mühərrik hissəsi yanıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Tovuz rayonunda sahibi məlum olmayan ümumi sahəsi 24 kv.m olan mağazanın dam örtüyün yanar konstruksiyaları 6 kv.m sahədə yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2480667.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR