“Sağlam cəmiyyətə doğru” layihəsinə start verilib

“Sağlam cəmiyyətə doğru” layihəsinə start verilib
04:23 15 Yanvar 2016
28 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 yanvar, AZƏRTAC 
Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi “Sağlam cəmiyyətə doğru” layihəsinə start verib. Layihə Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə keçirilir.
Ofisin mətbuat xidmətindən AZƏRTAC–a bildirilib ki, üç ay müddətində icra olunacaq layihə çərçivəsində vətəndaş cəmiyyətini proseslərə daha fəal cəlb etməklə Bakıda (Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Ali Neft Məktəbi) və regionlarda (İsmayıllı, Balakən, Quba, Masallı, Siyəzən) gənclərin narkomaniya əleyhinə maariflənməsinin gücləndirilməsi nəzərdə tutulur.
Layihənin İş Planına uyğun ilk tədbirlər İsmayıllı, Balakən və Quba rayonlarında keçirilib. Tədbirlərdə Rayon İcra Hakimiyyətlərinin, aidiyyatı dövlət qurumlarının (DİN, Baş Prokurorluq, Səhiyyə və Təhsil nazirlikləri və s.) yerli şöbələrinin bu sahəyə məsul şəxsləri, Veteranlar və Ağsaqqallar Şurasının üzvləri, Gənclər və İdman idarələrinin, QHT-lər və gənclər təşkilatlarının nümayəndələri, KİV əməkdaşları iştirak ediblər.
Hər üç tədbirdə ölkədəki narkotik vəziyyətlə bağlı geniş təqdimatla çıxış edən Ofisin rəhbər müavini Leyla Yolçiyeva Azərbaycan hökumətinin bu mübarizəyə böyük diqqət və marağını ifadə edərək vətəndaş cəmiyyətinin də proseslərə fəal cəlb olunmasının vacibliyini diqqətə çatdırıb. O bu sahədə görülən işlərə, aparılan tədbirlərə baxmayaraq, hələ də istənilən nəticənin alınmamasını təəssüf hissi ilə bildirib. Onun fikrincə, narkomaniyanın təkcə dövlətin deyil, eyni zamanda bütövlükdə cəmiyyətin problemi olması proseslərə QHT-in, geniş ictimaiyyətin fəal qoşulmasını zəruri edir.
Mövzu ətrafında edilən çıxışlarda ümumbəşəri problem sayılan narkomaniya ilə mübarizədə bu gün Hökumət-QHT əməkdaşlığının daha da inkişaf etdirilməsinin, habelə narkomaniya ilə mübarizədə maarifləndirmə, təbliğat işlərinin daha da gücləndirilməsi baxımından bu cür tədbirlərin mütəmadi olaraq keçirilməsinin vacibliyi iştirakçılar tərəfindən xüsusi olaraq qeyd olunub.
Sonda bu sahədə maariflənməni daha da gücləndirmək məqsədilə tədbir iştirakçılarına təbliğat vasitələri - bukletlər, döş nişanları, təqvimlər və s. paylanılıb.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Saglam_cemiyyete_dogru_layihesine_start_verilib-918636

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR