"Oskar-2016"nın namizədləri elan olundu

"Oskar-2016"nın namizədləri elan olundu
04:54 15 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Los-Ancelesdə baş tutan mərasimlə “Oskar-2016”nın builki nominantlarının adları açıqlanıb.

 

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, bu il siyahıya Leonardo DiKaprio, Keyt Uinslet, Maykl Fassbender, Keyt Blanşett, Alisiya Vikander kimi tanınmışlar da düşüb. Mükafatlandırma mərasimi fevralın 28-də Hollivudda baş tutacaq.

 

Nominantların siyahısı isə belədir:

 

Ən yaxşı film:

 

“Marslı” (“The Martian”) “Azalan oyun” (“The Big Short”)

“Ağılsız Maks: qəzəbin yolu” (“Mad Max: Fury Road”)

“Sağ qalmış” (“The Revenant”)

“Otaq” (“Room”)

“Diqqət mərkəzində” (“Spotlight”)

“Casuslar körpüsü” (“Bridge of Spies”)

“Bruklin” (“Brooklyn”)

 

Ən yaxşı kişi rolu

 

Leonardo DiKaprio - “Sağ qalmış”

Brayan Krenston – “Trambo” (“Trumbo”)

Maykl Fassbender – “Stiv Cobs” (“Steve Jobs”)

Eddi Redmeyn – “Danimarkadan olan qız” (“The Danish girl”)

Mett Deymon – “Marslı”

 

Ən yaxşı qadın rolu

 

Keyt Blanşett – “Kerol”

Bri Larson – “Otaq”

Sirşa Ronan – “Bruklin”

Cennifer Lourens – “Coy” (“Joy”)

Şarlotta Remplinq – “45 yaş” (“45 years”)

 

İkinci planda ən yaxşı kişi rolu:

 

Tom Hardi – “Sağ qalmış”

Mark Raylans – “Casuslar körpüsü”

Silvestr Stallone “Krid: Rokki irsi” (“Creed”)

Kristian Beyl – “Azalan oyun”

Mark Ruffalo – “Diqqət mərkəzində”

 

İkinci planda ən yaxşı qadın rolu:

 

Cennifer Ceyson Li – “İyrənc səkkizlik” (“The Hateful Eight”)

Alisiya Vikander – “Danimarkadan olan qız”

Keyt Uinslet – “Stiv Cobs”

Reyçel MakAdams – “Diqqət mərkəzində”

Runi Mara – “Kerol”

 

Ən yaxşı rejissor

 

Adam MakKey – “Azalan oyun”

Corc Miller – “Ağılsız Maks: qəzəbin yolu”

Alexandro Qonsales İnyarritu – “Sağ qalmış”

Lenni Abrahamson – “Otaq”

Tom MakKarti – “Diqqət mərkəzində”


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228764

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR