“Mercedes”lə “KamAz” toqquşdu, yaralılar var

“Mercedes”lə “KamAz” toqquşdu, yaralılar var
05:19 15 Yanvar 2016
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı-Qazax magistral yolunda iki nəfərin yaralanması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə magistral yolun Göygöl rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. “Mercedes”  ilə “KamAz” markalı avtomobilin toqquşması nəticəsində “Mercedes”in sürücüsü, Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Anar İbrahimov və sərnişin 1981-ci il təvəllüdlü Emin Məmmədov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araçşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228765

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR