Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Rumıniya: dissertasiya yazan məhbuslara güzəşt ləğv edilir

Rumıniya: dissertasiya yazan məhbuslara güzəşt ləğv edilir

Tarix: 15 Yanvar 2016 05:48


Buxarest, 15 yanvar, AZƏRTAC
Bir neçə il əvvəl Rumıniya parlamenti sənətə cəlb etmək məqsədi ilə elmi araşdırma və ya ədəbi əsər yazan məhbusların saxlanma müddətini bir ay azaldılması barədə qanunu təsdiq etmişdi. Rumıniyanın ədliyyə naziri Raluka Prunanın təşəbbüsü ilə bu qanun ləğv edilə bilər.
Nazirin fikrincə, qanun həbsxananı tez tərk etmək istəyən, qısa müddət ərzində bir neçə kitabı nəşrdən çıxan, sənətə heç bir bəhrə verməyən və bununla da həbs müddətini birdən-birə 6 ay azaldan məhbusların xeyrinə işləyir. Rumıniyanın korrupsiya ittihamı ilə məhkum edilmiş bir çox siyasətçiləri bu qanundan sui-istifadə ediblər. Bütün bunları nəzərə alaraq qanunun fevral ayında hökumətin xüsusi qərarı ilə ləğv edilməsi gözlənilir.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest

Teqlər:  Rumıniya dissertasiya yazan məhbuslara güzəşt ləğv edilir



RƏYLƏR


Top xəbərlər