Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Moldova prezidenti öz katibinin namizədliyini baş nazir postuna irəli sürüb

Moldova prezidenti öz katibinin namizədliyini baş nazir postuna irəli sürüb

Hillari Klinton Nyu-Yorkun meri ola bilər (16 Mart 2017 08:32)
Ruhani yenə prezident olmaq istəyir (10 Mart 2017 15:17)
Miloş Zeman yenidən Çexiya prezidentliyinə namizədliyini irəli sürəcək (10 Mart 2017 01:42)

Tarix: 15 Yanvar 2016 06:29

Moldova prezidenti Nikolay Timofti ölkənin baş nazir postuna katibi İon Pedurarunun namizədliyini irəli sürüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Moldova prezidenti Pedurarunun namizədliyini irəli sürərək parlament çoxluğunun baş nazir postuna təklif etdiyi sahibkar, Demokratik Partiyanın üzvü Vlad Plaxotnyukun namizədliyini rədd edib.   

 

Mövzu ilə bağlı  Moldova prezidentinin aparatı hələlik heç bir məlumat yaymayıb.  

 

Qeyd edək ki,  İon Peduraru bir müddət əvvəl ədliyyə naziri vəzifəsində çalışıb və vəkil fəaliyyəti ilə məşğul olub.

 

Yerli politoloqların məlumatına görə, İon Peduraru bundan əvvəl prezident tərəfindən baş nazir postuna irəli sürülmüş, lakin parlament tərəfindən rədd edilmiş sabiq baş nazir İon Sturzanın komandasındandır. 


Teqlər:  Moldova prezidenti öz katibinin namizədliyini baş nazir postuna irəli sürüb



RƏYLƏR


Top xəbərlər