Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri fəxri fərmanla təltif olunub

Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri fəxri fərmanla təltif olunub

Date: 15 January 2016 06:38


Daşkənd, 15 yanvar, AZƏRTAC
Azərbaycanın Özbəkistandakı səfirliyinin birinci katibi, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasov Özbəkistanla Azərbaycan arasında mədəni əməkdaşlığın inkişafındakı aktiv fəaliyyəti, iki ölkənin dostluq əlaqələrinin möhkəmlənməsində xidmətlərinə görə Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin Fəxri fərmanı ilə təltif edilib.
Fərmanı cəmiyyətin sədri, Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetin rektoru Şavkat Şaripov imzalayıb.
Ş.Şaripovun Mədəniyyət Mərkəzinə ünvanladığı məktubda da qeyd edilir ki, AMM universitetdə Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı Mərkəzi yaradıb. Burada müntəzəm olaraq Özbəkistan və Azərbaycanın şair və yazıçılarının yubileyləri, xatirə gecələri, xalqlarımızın mədəniyyəti, tarixi ilə bağlı müxtəlif tədbirlər keçirilir.
Qeyd olunur ki, mərkəzdə müntəzəm olaraq Azərbaycan filmləri göstərilir, tələbələrimiz kitabxanadan həvəslə istifadə edirlər.
Daşkənddəki diaspor təşkilatı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi də 2015-ci ilin yekunları və birgə fəaliyyətin nəticəsi kimi Samir Abbasovu Fəxri fərmanla təltif edib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd


Tags:  Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri fəxri fərmanla təltif olunub


RƏYLƏR


Top news