Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Torpaq Məcəlləsinə dəyişikliklər təsdiqləndi

Torpaq Məcəlləsinə dəyişikliklər təsdiqləndi

Prezident İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi (24 Mart 2017 18:28)
Prezident İlham Əliyev İranın nazirini qəbul etdi (17 Mart 2017 11:42)
Prezident İlham Əliyev Monteneqro Prezidenti Filip Vuyanoviç ilə görüşüb (16 Mart 2017 17:17)

Tarix: 15 Yanvar 2016 07:09

Azərbaycan prezidenti İlham Əliyev Torpaq Məcəlləsinə dəyişiklikləri təsdiqləyib. APA-nın məlumatına görə,  sərəncama əsasən, Nazirlər Kabinetinə tapşırılıb ki, qanunların və prezidentin aktlarının  “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb prezidentə təqdim etsin;

 

Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

 

Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan prezidentinə məlumat versin;

 

Həmin qanundan irəli gələn digər məsələləri həll etsin.

 

Ədliyyə Nazirliyinə  mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında”   qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməsi tapşırılıb.

 

Qeyd edək ki, dəyişikliyə əsasən, Azərbaycan Torpaq Məcəlləsinin 50-ci maddəsinin 3-cü hissəsi aşağıdakı redaksiyada verilir:

 

“3. Torpaqdan müvəqqəti istifadə qısamüddətli və uzunmüddətli olur. Qısamüddətli müvəqqəti istifadə - on beş ilədək müəyyən oluna bilər. Uzunmüddətli müvəqqəti istifadə xüsusi mülkiyyətdə olan torpaqlar üçün - on beş ildən 99 ilədək, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar üçün isə - on beş ildən 49 ilədək müəyyən oluna bilər.”.


Teqlər:  azerbaycan prezidenti ilham eliyev torpaq mecellesi azerbaycan respublikasinin torpaq mecellesinde deyisiklik



RƏYLƏR


Top xəbərlər