Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Turistlərlə dolu avtobus aşdı: 14 ölü, 27 yaralı

Turistlərlə dolu avtobus aşdı: 14 ölü, 27 yaralı

1200 sərnişin daşıyan “div” avtobus istifadəyə verildi - VİDEO (20 Mart 2017 11:18)
Sərnişin avtobusu aşdı, 55 nəfər yaralandı - VİDEO (20 Mart 2017 07:53)
Haitidə avtobus qəzası (12 Mart 2017 21:24)

Tarix: 15 Yanvar 2016 07:34

Yaponiyada turistləri daşıyan avtobus qəzaya uğrayıb,  nəticədə 14 nəfər ölüb, 27 nəfər yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Yaponiya hökumətinin baş katibi Yosixido Suqa bildirib.   

 

“41 sərnişindən 14-ü ölüb, 27 nəfəri müxtəlif xəsarətlər alıb”, deyə o bildirib.  

 

Məlumata görə,  turistləri daşıyan avtobus Naqanodakı dağ-xizək kurortuna yollanırmış. Qəza Naqano və Qumma prefekturalarının sərhədində baş verib. Avtobus qarşı yola çıxıb və yol kənarındakı hasarı uçuraraq aşıb.  

 

Polis qəzanın səbəblərini araşdırır.


Teqlər:  avtobus qezaya ugrayib avtobus asib



RƏYLƏR


Top xəbərlər