Göygöldə qəza, yaralılar var

Göygöldə qəza, yaralılar var
07:37 15 Yanvar 2016
60 Digər
Ölkə mətbuatı
A- A+

Bakı-Qazax magistral yolunda iki nəfərin yaralanması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.
Milli.Az APA-ya istinadən bildirir ki, hadisə magistral yolun Göygöl rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. "Mercedes" markalı TIR tipli yük maşını ilə "KamAz" markalı avtomobilin toqquşması nəticəsində "Mercedes"in sürücüsü, Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Anar İbrahimov və sərnişin 1981-ci il təvəllüdlü Emin Məmmədov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araçşdırma aparılır.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/398035.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR