Son bir ayda “DəmirBank”a 18 milyon manatadək vəsait yerləşdirilib

Son bir ayda “DəmirBank”a 18 milyon manatadək vəsait yerləşdirilib
08:03 15 Yanvar 2016
46 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 yanvar, AZƏRTAC
Son bir ayda müştərilər tərəfindən “DəmirBank”a manat ekvivalentində 18 milyonadək vəsait yerləşdirilib.
Bankdan AZƏRTAC-a bildirilib ki, bank müştərilərin tələblərinə uyğun, çox sərfəli şərtlərlə müxtəlif əmanət növləri təklif edir. Belə ki, hazırda müddətindən asılı olmayaraq USD əmanətlərini illik 9 faiz, AZN əmanətlərini isə illik 14 faizlə yerləşdirmək mümkündür. Həmçinin, əmanət növündən asılı olaraq müştərilər istənilən zaman vəsaitlərini əlavə edə və cəriməsiz tam və ya qismən çıxara bilər. Əmanətlərin artırılması prosesinin sadələşdirilməsi məqsədilə müştərilər üçün banka məxsus terminallardan vəsait əlavə etmək imkanı da yaradılıb.
“DəmirBank” Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. Bu isə “Əmanətlərin sığortalanması haqqında” Qanununun şərtlərinə müvafiq olaraq əhalinin “DəmirBank”da yerləşdirdiyi əmanətlərinin sığortalanmasını təmin edir. Hazırda isə qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi 12 faiz, kompensasiya məbləği isə 30 000 AZN təşkil edir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Son_bir_ayda_DemirBanka_18_milyon_manatadek_vesait_yerlesdirilib-918640

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR