Azərbaycanda spirtli içkilərlə bağlı yeni QADAĞA

Azərbaycanda spirtli içkilərlə bağlı yeni QADAĞA
08:05 15 Yanvar 2016
123 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Prezidenti İlham Əliyev "Üzümçülük və şərabçılıq haqqında" qanununda dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb

Milli.az bildirir ki, "Nazirlər Kabineti Azərbaycan Respublikası qanunlarının və prezident aktlarının "Üzümçülük və şərabçılıq haqqında" qanunda dəyişikliklər edilməsi barədə" qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etsin".

Dövlət başçısının qanunun tətbiqi ilə əlaqədar qərarında bildirilir ki, "Üzümçülük və şərabçılıq haqqında" qanunda aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 10.5-ci maddə əlavə edilsin:
"10.5. Şərabçılıq məhsullarının istehsalında genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının istifadəsinə yol verilmir.".
2. 20.3-cü maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
"Genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilərək istehsal olunan şərabçılıq məhsullarının Azərbaycan Respublikasına idxalına yol verilmir.".
3. 21.4.5-ci maddədə "uyğun gəlmədikdə" sözlərindən sonra " və ya genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilməklə istehsal olunduqda" sözləri əlavə edilsin.
4. 22.2.8-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 22.2.9-cu maddə əlavə edilsin:
"22.2.9. tərkibində genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edildikdə.".
5. 22.3-cü maddəyə "digər hallarda" sözlərindən əvvəl "22.2.9-cu maddəsində göstərilən halda məhv edilir," sözləri əlavə edilsin.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/398047.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR