Prezident “Üzümçülük və şərabçılıq haqqında” qanuna dəyişiklikləri təsdiqləyib

Prezident “Üzümçülük və şərabçılıq haqqında” qanuna dəyişiklikləri təsdiqləyib
08:05 15 Yanvar 2016
25 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Prezidenti İlham Əliyev "Üzümçülük və şərabçılıq haqqında" qanuna dəyişiklikləri təsdiqləyib.
Milli.Az APA-ya istinadən bildirir ki, sərəncama əsasən, Nazirlər Kabinetinə tapşırılıb ki, qanunların və prezidentin aktlarının  " Üzümçülük və şərabçılıq haqqında " qanunda dəyişikliklər edilməsi barədə" qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb prezidentə təqdim etsin;
 
Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan prezidentinə məlumat versin;
 
Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan prezidentinə məlumat versin;
 
Həmin qanundan irəli gələn digər məsələləri həll etsin.
 
Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Üzümçülük və şərabçılıq haqqında"  qanunda dəyişikliklər edilməsi barədə" qanuna uyğunlaşdırılmasını təmin edib Azərbaycan Nazirlər Kabinetinə məlumat verməsi tapşırılıb.
 
Qeyd edək ki, "Üzümçülük və şərabçılıq haqqında" qanunda aşağıdakı dəyişikliklər edilib:
 
1. Aşağıdakı məzmunda 10.5-ci maddə əlavə edilsin:
 
"10.5. Şərabçılıq məhsullarının istehsalında genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının istifadəsinə yol verilmir.".
 
2. 20.3-cü maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
 
"Genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilərək istehsal olunan şərabçılıq məhsullarının Azərbaycan Respublikasına idxalına yol verilmir.".
 
3. 21.4.5-ci maddədə "uyğun gəlmədikdə" sözlərindən sonra " və ya genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilməklə istehsal olunduqda" sözləri əlavə edilsin.
 
4. 22.2.8-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 22.2.9-cu maddə əlavə edilsin:
 
"22.2.9. tərkibində genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edildikdə.".
 
5. 22.3-cü maddəyə "digər hallarda" sözlərindən əvvəl "22.2.9-cu maddəsində göstərilən halda məhv edilir," sözləri əlavə edilsin.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/398045.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR