Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Moldovada baş nazir seçilir

Moldovada baş nazir seçilir

Date: 15 January 2016 08:17

Moldova prezidenti Nikolay Timofti ölkənin baş nazir postuna katibi İon Pedurarunun namizədliyini irəli sürüb.
Milli.Az APA-ya istinadən bildirir ki, Moldova prezidenti Pedurarunun namizədliyini irəli sürərək parlament çoxluğunun baş nazir postuna təklif etdiyi sahibkar, Demokratik Partiyanın üzvü Vlad Plaxotnyukun namizədliyini rədd edib.   
 
Mövzu ilə bağlı  Moldova prezidentinin aparatı hələlik heç bir məlumat yaymayıb.  
 
Qeyd edək ki,  İon Peduraru bir müddət əvvəl ədliyyə naziri vəzifəsində çalışıb və vəkil fəaliyyəti ilə məşğul olub.
 
Yerli politoloqların məlumatına görə, İon Peduraru bundan əvvəl prezident tərəfindən baş nazir postuna irəli sürülmüş, lakin parlament tərəfindən rədd edilmiş sabiq baş nazir İon Sturzanın komandasındandır.
Milli.Az


Tags:  Moldovada baş nazir seçilir


RƏYLƏR


Top news