“Bakı 2015”ə həsr olunmuş foto-albom Polşada nəşr olundu

“Bakı 2015”ə həsr olunmuş foto-albom Polşada nəşr olundu
08:24 15 Yanvar 2016
46 İdman
Ölkə mətbuatı
A- A+

Polşada “Bakı 2015” ilk Avropa Oyunlarına həsr olunmuş foto-albom nəşr edilib. Azərbaycanın Polşadakı səfirliyindən Lent.az-a verilən xəbərə görə, həmin albom Polşa Olimpiya Komitəsinin sədri  Andjey Kraşnitskinin təşəbbüsü ilə  ərsəyə gəlib.

 

11 yanvar 2016-cı il tarixində Polşa Olimpiya Komitəsində təşkil olunan Olimpiya Ailəsinin Yeni il görüşü zamanı foto-albomun təqdimatı keçirilib.

 

Albomda Avropa Oyunlarının təntənəli açılış və bağlanış mərasimlərini, yüksək standartlara cavab verən idman obyektlərini, İçəri Şəhəri, Qız Qalasını, Alov Qüllələrini, Bakının küçələrini, neft mədənlərini və Azərbaycan xalçalarını əks etdirən foto-şəkillər öz əksini tapıb.

 

Albomda həmçinin Azərbaycan prezidenti  İlham Əliyev, “Bakı 2015” ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban  Əliyeva, Avropa Olimpiya Komitəsinin prezidenti Patrick Hickeyin də foto-şəkilləri təqdim olunub.

 

İlk Avropa Oyunlarının xoş anlarını, oyunlara hazırlığı, Polşalı idmançıların nailiyyətlərini və Bakı şəhərinin füsunkarlığını əks etdirən yüzlərlə foto-şəkillə yanaşı albomda eyni zamanda hər bir foto-şəklə dair şərh də qeyd olunub.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228774

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR