Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Prezident Azərbaycan-Çin sazişlərini təsdiqlədi

Prezident Azərbaycan-Çin sazişlərini təsdiqlədi

Date: 15 January 2016 08:34

Prezident İlham Əliyev Azərbaycan və Çin hökumətləri arasında “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqi haqqında 2015-ci ilin dekabrın 10-da Pekində imzalanmış Anlaşma Memorandumunun təsdiq edilməsi barədə fərman imzalayıb. Lent.az-ın prezidentin sayına istinadən verdiyi xəbərə görə, prezidentin müvafiq fərmanları ilə Azərbaycan və Çin arasında həmin tarixdə imzalanmış digər sənədlər də - Azərbaycan və Çin hökumətləri arasında fitosanitariya əməkdaşlığı sahəsində Saziş, Azərbaycanın Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ilə ÇXR-ın Energetika üzrə Dövlət İdarəsi arasında Anlaşma Memorandumu, Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyi ilə ÇXR Kommersiya Nazirliyi arasında ikitərəfli iqtisadi əməkdaşlığın təşviqi haqqında Anlaşma Memorandumu, Azərbaycanın Nəqliyyat Nazirliyi ilə ÇXR-ın Nəqliyyat Nazirliyi arasında nəqliyyat sahəsində Anlaşma Memorandumu, Azərbaycan Təhsil Nazirliyi ilə ÇXR-ın Təhsil Nazirliyi arasında 2016-2019-cu illər üçün təhsil sahəsində əməkdaşlıq haqqında Saziş və Azərbaycanın “Azərbaycan Dəmir Yolları” QSC ilə ÇXR-ın Milli Dəmir Yolu Administrasiyası arasında dəmir yolu nəqliyyatı sahəsində əməkdaşlığa dair Saziş təsdiq edilib.

 

XİN-nə tapşırılıb ki, bu sənədlərin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə ÇXR hökumətinə bildiriş göndərilsin. 


Tags:  Prezident Azərbaycan-Çin sazişlərini təsdiqlədi

RƏYLƏR


Top news