Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Məşhur aparıcının qızı liftdə öldü - VİDEO

Məşhur aparıcının qızı liftdə öldü - VİDEO

Date: 15 January 2016 09:17

Məşhur rus diktor Yevgeni Koçerginin qızı İrina Volodina liftdə faciəvi şəkildə dünyasını dəyişib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, insident Moskva şəhərinin şimal-şərqində yerləşən elit "Al yelkənlər" yaşayış kompleksinin çoxmərtəbəli binasında baş verib.
 
Verilən məlumata görə, lift yeddinci mərtəbədə olarkən onun döşəməsi açılıb və İrina hündürlükdən yıxılaraq dünyasını dəyişib.
 
İstintaqın ilkin versiyasına görə, insidentə səbəb liftin trosunun qırılması olub.
 
Aparıcının özü qızının ölüm faktını təsdiqləyib. Hadisəyə şərh verən Koçergin bildirib ki, ölmədən öncə onun qızı bu liftlərin dəyişdirilməsi ilə bağlı dəfələrlə adıçəkilən yaşayış kompleksinin rəhbərliyi ilə mübarizə aparıb:
 
"Artıq mənim qızım ölümü ilə bu liftlərin dəyişdirilməsinə nail oldu".
 
Qeyd edək ki, ölən qadının atası Yevgeni Koçergin uzun illər SSRİ, daha sonralar isə Rusiya telekanallarında aparıcı, diktor kimi fəaliyyət göstərib.

Milli.Az


Tags:  Məşhur aparıcının qızı liftdə öldü VİDEO

RƏYLƏR


Top news