Ziya Bünyadov və Tbilisi prospektlərində avtomobillərin sıxlığı yaranıb

Ziya Bünyadov və Tbilisi prospektlərində avtomobillərin sıxlığı yaranıb
09:22 15 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 15 yanvar. REPORT.AZ/ Bu gün səhər saatlarından Ziya Bünyadov prospekti (20 Yanvar Dairəsi) və Tbilisi prospektində (mərkəzə doğru) nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.
Bu barədə "Report"a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Belə ki, İnşaatçılar prospekti (Dövlət Statistika Komitəsinin qarşısı), Koroğlu Rəhimov küçəsi (Prezident İqamətgahının qarşısı), habelə Rəşid Behbudov küçəsi (Türkiyə səfirliyinin qarşısı) və Həsən Əliyev küçəsində (Tbilisi pr. istiqamətində) avtomobillərin sıxlığı müşahidə edilir.

Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/ziya-bunyadov-ve-tbilisi-prospektlerinde-avtomobillerin-sixligi-yaranib1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR