Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Din xadimini parodiya edən aktyor həbs edildi

Din xadimini parodiya edən aktyor həbs edildi

Date: 15 January 2016 09:47

Hindistanlı komediyaçı Kiku Şarda tanınmış din xadimini təqlid etdiyinə görə həbs edilib.

Publika.az BBC-yə istinadən xəbər verir ki, aktyor Gurmeet Ram Rahim Sinqhin tərəfdarlarının "dini hisslərinə" toxunduğu üçün iki həftəlik azadlıqdan məhrum edilib.
 
Şarda din xadimini 27 dekabr tarixində televizyadakı çıxışı zamanı təqlid edib. Komediyaçı buna görə üzr istədiyini bildirib və çıxışı ilə heç kimi incitmək istəmədiyini deyib.

"Mənim Gurmeet Ram Rahim Sinqhə böyük hörmətim var. Biz onu parodiya etmək məqsədi güdməmişik. İnsanların hisslərinə toxunduğum üçün üzr istəyirəm", - o, Hindistan Times qəzetinə bildirib.
 
48 yaşı olan qalmaqallı din xadimi rəngarəng paltarlar geyinir və rok ulduzuna bənzər görkəmi var.

O, bir neçə musiqili video hazırlayıb və müntəzəm olaraq rok konsertlərində çıxış edir. Din xadiminin milyonlarla pərəstişkarı var.


Tags:  kiku sarda hindistanli komediyaci din xadimi

RƏYLƏR


Top news