Həlak olan hərbçilərin hansı hallarda “Şəhidlər Xiyabanı”nda dəfn ediləcəyi müəyyənləşib

Həlak olan hərbçilərin hansı hallarda “Şəhidlər Xiyabanı”nda dəfn ediləcəyi müəyyənləşib
09:52 15 Yanvar 2016
52 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyəli nazir Bakıya gəldi - FOTO (25 Aprel 2017 18:37)
Kilsələrdə həlak olanlar dəfn edildi - FOTO (10 Aprel 2017 16:52)
Milli Qəhrəmanın xatirəsinə həsr olunmuş kikboksinq turniri keçiriləcək (06 Aprel 2017 14:47)

Bakı. 15 yanvar. REPORT.AZ/ Prezident İlham Əliyev “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında qanunu imzalayıb. “Report” xəbər verir ki, sənədə əsasən, aşağıdakı şəxslərin dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilir:
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə uyğun olaraq, hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar vəfat etmiş (həlak olmuş) hərbi qulluqçuların və toplanışa çağırılmış hərbi vəzifəlilərin;
Ehtiyatda olmağın son yaş həddinə çatmayan, lakin yaşına, xəstəliyinə və ya ştatların ixtisarına görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış 20 (iyirmi) təqvim ili və daha çox xidmət etmiş ali və baş zabitlərin;
Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə uyğun olaraq, hərbi geyim formasını daşımaq hüququ verilməklə həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış ali və baş zabitlərin;
“Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüş, Azərbaycan Respublikasının “Şöhrət” ordeni və “Şah İsmayıl” ali hərbi ordeni ilə təltif edilmiş həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərin;
Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş digər şəxslərin.
335. Bu Nizamnamənin 333-cü maddəsində göstərilən şəxslərin dəfn mərasimində hərbi ehtiramın göstərilməsi üçün təyin edilmiş bölmələr fəxri mühafizə dəstəsi adlanır. Taqım və ondan böyük bölmə heyətində olan fəxri mühafizə dəstəsi çexolsuz matəm lentləri taxılmış Döyüş Bayrağı ilə təmin olunmalıdır. Fəxri mühafizə dəstəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən aşağıdakı tərkibdə təyin edilir:
əsgər (matros), çavuş və gizirləri (miçmanları) dəfn etmək üçün - manqa, taqım, yaxud bunlara uyğun bölmə;
zabitləri dəfn etmək üçün – bölük, yaxud buna uyğun bölmə;
hərbi hissə komandiri vəzifəsində xidmət keçən, habelə ali zabit heyətindən olan və bu Nizamnamənin 333.4-cü maddəsində göstərilən şəxsləri dəfn etmək üçün - qarnizon rəisinin sərəncamına görə.
Fəxri mühafizə dəstəsindən başqa, bu Nizamnamənin 333-cü maddəsində göstərilən şəxslərin vəfat etdiyi (həlak olduğu) yerin qarnizon rəisinin sərəncamına əsasən aşağıdakı tərkibdə dəfn dəstəsi təyin edilir:
hərbi orkestr; cənazəyə fəxri qarovul; tabutu (cənazəni) məzara qoymaq üçün çavuşun rəhbərliyi altında 8-10 nəfər silahsız əsgər, yaxud matros.
Tabutu (cənazəni) aparmaq üçün avtomobil, yaxud top lafeti ayrılır.
Azərbaycan Respublikasının hər bir ordeni bir balışcığa sancılır, medallardan isə hər balışcığa bir neçəsi sancıla bilər. Orden və medal sancılmış balışcıqları aparmaq üçün balışcıqların sayına uyğun sayda hərbi qulluqçu qarnizon rəisinin əmri ilə təyin olunur.
Tabutun qapağının üstündə mərhumun baş geyimi bərkidilir.
Qarnizon hərbi komendantı fəxri mühafizə və dəfn dəstəsinin təyin edildiyi hərbi hissə komandirini bu dəstələrin gəlmə yeri, vaxtı və geyim forması haqqında əvvəlcədən xəbərdar edir. Dəfn mərasimində iştirak edən generalların, admiralların, zabitlərin, gizirlərin, miçmanların, çavuşların, əsgərlərin və matrosların sol qollarında matəm sarğısı olmalıdır.
Hərbi ehtiramın göstərilməsi məqsədi ilə cənazə olan tabutun yanına fəxri qarovulun qoyulma vaxtını qarnizon rəisi (hərbi hissə komandiri) təyin edir. Fəxri qarovul tabutun yanına öz heyətindən iki cüt saatdar qoyur. Saatdarlar avtomatları “döşdə” (karabinləri “ayaqda”) olmaqla “farağat” vəziyyətində dururlar. Saatdarların bir cütü tabutun hər iki tərəfində, ondan iki addım yanda baş tərəfdə, ikinci cütü ayaq tərəfdə durur. Saatdarların hər bir cütü o biri cütlə üz-üzə durur. Saatdarların sol qolunda matəm sarğısı olmalıdır. Tabutun yanında duran saatdarlar bu Nizamnamənin 332-ci maddəsinə uyğun qaydada dəyişilirlər. Dəfndə iştirak edən fəxri qarovul heyətinin hərəkəti və tabutun məzara qoyulduğu zaman saatdarlar dəyişilmir.
Mərhuma ehtiram göstərmək üçün tabutun yanına dəfn mərasiminə dəvət olunmuş müxtəlif dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarət fəxri saatdarlar qoyula bilər. Onlar silahsız, başıaçıq, sol qollarında matəm sarğısı olmaqla saatdarların yanında kənar tərəfdən bir-iki addımlıqda durur və hər 3-5 dəqiqədən bir dəyişilirlər.
Fəxri mühafizə dəstəsi cənazənin götürüləcəyi yerə gəldikdə, üzü cənazənin çıxarılacağı qapıya tərəf açıq sırada düzülür. Orkestr dəstədən üç addım sağda düzülür. Fəxri mühafizə dəstəsi və fəxri qarovul dəfn mərasimi vaxtı əsgəri salam vermir.
Tabut binadan çıxarılarkən irəlidə bir-birindən üç-beş addımlıq məsafədə biri o birinin arxasınca əklil aparan hərbi qulluqçular, orden və medallar sancılmış balışcıqları aparanlar (orden və medallar böyüklük dərəcəsi ilə), onlardan sonra tabutu aparan hərbi qulluqçular, mərhumu müşayiət edənlər və fəxri qarovul dəstəsinin üzvləri gedirlər. Tabutun binadan çıxarıldığı məqamda fəxri mühafizə dəstəsinin komandiri sırada yerindən çıxmadan “Farağat” (karabinlərlə silahlanmışlar üçün “Farağat, qarovula - Al”) komandası və əsgəri salam verir. Sırada olan hərbi qulluqçuların hamısı başlarını tabuta tərəf döndərirlər. Orkestr matəm marşı çalır. Sırada olmayan hər bir hərbi qulluqçu tabut çıxarılan zaman “farağat” vəziyyəti qəbul edir və əsgəri salam verir. Fəxri qarovul mərhumu müşayiət edənlərin ardınca, onlardan sonra orkestr və sonra isə fəxri mühafizə dəstəsi gedir. Piyada gedərkən orkestr hərdən tənəffüs etməklə matəm marşı çalır.
Fəxri qarovulun saatdarları tabutun hər iki tərəfi ilə avtomatlar “döşdə”, karabinlər “çiyində” vəziyyətində gedirlər, tabut avtomobildə müşayiət edilirsə, saatdarlar oturaraq karabini dizləri arasında, ayaq üstündə isə “ayaqda” vəziyyətində saxlayırlar.
Qarnizon rəisi göstəriş verdikdə, tabutun çıxarıldığı və dəfn yerinə yaxınlaşdığı yerlərdə mərasimin keçəcəyi yolun hər iki tərəfində qoşun bölmələri piyada bir cərgə, yaxud iki cərgə düzülə bilərlər.
Dəfn yerinə çatanda orkestr çalğını dayandırır. Fəxri mühafizə dəstəsi və fəxri qarovulun saatdarları məzarın yanında yer tuturlar. Cənazənin üzərindəki Azərbaycan Respublikasının Dövlət bayrağı fəxri qarovul rəisi tərəfindən götürülür, fəxri qarovulun üzvlərinin iştirakı ilə aypara və səkkizguşəli ulduz təsviri yuxarıda olmaqla düzbucaqlı üçbucaq şəklində qatlanır. Fəxri qarovulun rəisi Azərbaycan Respublikasının qatlanmış Dövlət bayrağını mərhumun ailə üzvlərindən birinə təqdim edir. Sonra fəxri mühafizə dəstəsinin komandiri “Farağat” (karabinlərlə silahlanmışlar üçün “Farağat, qarovula - Al”) komandası və əsgəri salam verir. Sırada olan hərbi qulluqçuların hamısı başlarını tabuta tərəf döndərirlər. Orkestr matəm marşı çalır. Fəxri mühafizə dəstəsinin tərkibindən təyin edilmiş bölmə boş patronlarla üç yaylım atəşi açır, bununla belə əgər sıra tabordursa bir bölük, bölükdürsə bir taqım, taqım və ya manqadırsa, bütün bölmə yaylım atəşi açır. Ayrı-ayrı hallarda xüsusi göstərişlə toplardan yaylım atəşi açıla bilər. Birinci yaylım atəşindən sonra orkestr Azərbaycan Respublikasının Dövlət himnini ifa etməyə başlayır. Əgər yerin şəraiti buna imkan verirsə, Dövlət himni ifa edildikdən sonra fəxri mühafizə dəstəsi məzarın yanından orkestrin sədaları altında sıra addımları ilə keçir. Saatdarlar, yaxud mühafizə dəstəsinin üzvləri məzar yanından keçdikdən sonra dəfn mərasimini tərk edir.
“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”nə edilən 16 saylı əlavəyə əsasən dəfn mərasiminin təşkili və keçirilməsi qaydaları təsdiqlənib.
Bu qaydalar “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”nin 333-cü maddəsində göstərilən şəxslərin dəfn mərasimlərinin təşkili və keçirilməsi qaydalarını müəyyən edir.
Nizamnamənin 333-cü maddəsində göstərilən şəxslər onların valideynlərinin (yaxın qohumlarının və ya qanuni nümayəndələrinin) seçdikləri qəbiristanlıqda dəfn edilirlər.
Bu qaydaların 1.4-cü və 1.5-ci maddələrinə əsasən müvafiq icra hakimiyyəti orqanı şəhidin “Şəhidlər Xiyabanı”nda dəfn edilməsi üçün məzar yerinin ayrılması ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanına müraciət edir.
Aşağıdakı hallarda vəfat etmiş (həlak olmuş) hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər onların valideynlərinin (yaxın qohumlarının və ya qanuni nümayəndələrinin) müvafiq icra hakimiyyəti orqanına müraciəti əsasında “Şəhidlər Xiyabanı”nda dəfn edilirlər:
hərbi qulluqçuya və toplanışa çağırılmış hərbi vəzifəliyə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna uyğun olaraq “Şəhid” adı verildikdən sonra;
həlak olmuş hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin şəhid hesab edilməsi müvafiq hərbi hissənin arayışı ilə təsdiq edildikdə. Müvafiq hərbi hissənin arayışında hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, habelə atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi, yaxud dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olması faktı öz əksini tapmalıdır.
“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna uyğun olaraq, dəfn olunmuş hərbi qulluqçuya və toplanışa çağırılmış hərbi vəzifəliyə “Şəhid” adı verildikdən sonra hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin valideynlərinin (yaxın qohumlarının və ya qanuni nümayəndələrinin) müvafiq icra hakimiyyəti orqanına müraciəti əsasında cənazənin “Şəhidlər Xiyabanı”na aparılması və yenidən dəfn edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

CNN: ABŞ Türkiyənin əməliyyatı barədə əvvəlcədən xəbərdar olub

26 Aprel 2017 06:14

Ərdoğan: "Əsəd Suriyada potensial nizamlanma üçün həll yolu deyil"

26 Aprel 2017 05:57

Məktəbli avtobusu qəzaya uğradı - 15 yaralı

26 Aprel 2017 05:48

Kim Çen In geniş miqyaslı artilleriya təlimlərinə şəxsən rəhbərlik edib

26 Aprel 2017 05:42

Supermodellər bir arada - FOTO

26 Aprel 2017 05:32

Mosulda 15 dinc sakin öldürüldü

26 Aprel 2017 05:19

"İlk görüşdə yatağa girmirəm"

26 Aprel 2017 05:04

Fars körfəzində İran kateri ilə rastlaşan ABŞ gəmisi yolunu dəyişib

26 Aprel 2017 04:57

Ağırlıqqaldırma ilə məşğul olan 16 yaşlı qız dünyasını dəyişdi

26 Aprel 2017 04:53

Bakıda yolu keçmək istəyən piyadanı maşın vurub

26 Aprel 2017 04:32

İsraildə penthaus - FOTO

26 Aprel 2017 04:32

Qədimdən gələn ənənə – Hədik mərasimi - VİDEO

26 Aprel 2017 04:03

Erməni rus əsgərə 8 bıçaq zərbəsi endiribmiş

26 Aprel 2017 03:59

Yasamal qəbiristanlığında gənc oğlan bıçaqlanıb

26 Aprel 2017 03:57

Dükanların sulu boyalı rəsmlərir - FOTO

26 Aprel 2017 03:32

Donald Tramp rekord qırdı -

26 Aprel 2017 03:32

Kəpənəklər sayəsində zibilliklər təmizlənə bilər

26 Aprel 2017 03:18

Fransada terakt hazırlayan daha 5 şəxs tutuldu

26 Aprel 2017 03:14

Baş nazir "terrorizm" sözüylə "turizm" sözünü səhv saldı

26 Aprel 2017 03:03

Tramp ABŞ-ın Məxfi Xidmətinə yeni rəhbər təyin edib

26 Aprel 2017 02:57

Britaniyanın baş naziri "terrorizm"lə "turizm"i səhv salıb

26 Aprel 2017 02:52

Avtobus maralla toqquşdu, 15 yaralı

26 Aprel 2017 02:49

Bakıda mənzildən meyit tapıldı

26 Aprel 2017 02:43

Dalğavari damlı ev - FOTO

26 Aprel 2017 02:32

Rəcəb Tayyib Ərdoğan:

26 Aprel 2017 02:25

Ərdoğan: “Türkiyə Aİ-yə üzvlüklə bağlı mövqeyini dəyişə bilər”

26 Aprel 2017 02:18

Ərdoğandan Aİ-yə xəbərdarlıq

26 Aprel 2017 02:14

Azərbaycanda oğurlanıb zorlanan müəllimə iş veriləcək

26 Aprel 2017 01:45

ABŞ-da məktəbli avtobusu qəzaya uğrayıb, 15 nəfər yaralanıb

26 Aprel 2017 01:42

DGK məlumat yaydı

26 Aprel 2017 01:33

Naxışlı mətbəx əşyaları - FOTO

26 Aprel 2017 01:32

Premyer Liqa:

26 Aprel 2017 01:27

Soydaşlarımız Moskvada ağacəkmə aksiyası keçirdi

26 Aprel 2017 01:24

İraqda 260 min dinc sakin İŞİD-in əsirliyindən xilas edilib

26 Aprel 2017 01:22

Ən qısa müddətdə ABŞ-Meksika sərhədi hasarlanacaq -

26 Aprel 2017 01:16

Tullantı taxta parçalarından görün nə yaratdı - FOTOLAR

26 Aprel 2017 01:13

Tramp: "Meksika sərhədində divar tezliklə tikiləcək"

26 Aprel 2017 00:59

Boliviyada qolkiper öz qapısından rəqib komandaya qol vurub

26 Aprel 2017 00:57

DƏHŞƏTLİ KADR: Yeni doğulan körpəni küçəyə atıb qaçdı - VİDEO

26 Aprel 2017 00:53

Sankt-Peterburq terrorunun təşkilatçıları

26 Aprel 2017 00:46

“İçerde” sevənlərə üzücü xəbər

26 Aprel 2017 00:43

76 yaşlı kişidən İNANILMAZ FİTNES SİRLƏRİ - FOTO/VİDEO

26 Aprel 2017 00:38

Trampdan YENİ TƏYİNAT

26 Aprel 2017 00:33

Suriayda xəstəxanaya hücum edilib -

26 Aprel 2017 00:30

"Kreml Əsədə qarşı mövqeyini dəyişib"

26 Aprel 2017 00:29

Röya yataqda, pijama ilə...

26 Aprel 2017 00:22

Donald Tramp:

26 Aprel 2017 00:13

Azərbaycanda oğurlanıb zorlanan müəllimə iş veriləcək

26 Aprel 2017 00:05

Hər kim dünyanı dinə və dini dünyaya görə tərk edərsə, İslam yolunda olmaz

26 Aprel 2017 00:05

Şəbnəm Tovuzlunun ərinin görüntüləri - FOTO

26 Aprel 2017 00:05