Azərbaycan səfirinin xanımının rüşvət qalmaqalı

Azərbaycan səfirinin xanımının rüşvət qalmaqalı
10:01 15 Yanvar 2016
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Türk müğənnisi həbs oluna bilər - FOTO (25 May 2017 10:42)
Azərbaycanda yaşayan əcnəbi sürücülərə şad xəbər (22 May 2017 07:52)
Azərbaycanda yaşayan əcnəbi sürücülərə şad xəbər (22 May 2017 07:43)

Azərbaycanın Latviyadakı səfirinin ailəsi ilə bağlı qalmaqallı məlumat yayılıb. Elman Zeynalovun xanımı Nəzirə Zeynalova rüşvət verməkdə ittiham edilir. Ona qarşı cinayət işi açılıb. Onun işinə Latviyanın Antikorrupsiya bürosu baxır.

Məlum olub ki, diplomatın xanımına qarşı cinayət işinin qaldırılmasına səbəb onun Latviyada sürücülük vəsiqəsini “azərbaycansayağı almaq” cəhdi olub. Belə ki, xanım Zeynalova xüsusi kurs keçmədən və digər formal prosedurlara əməl etmədən sürücülük vəsiqəsini pulla almağa cəhd göstərib. Bu məqsədlə o, Yol Hərəkətinin Təhlükəsizliyi Direksiyasının (CSDD) müfəttişlərinə müraciət edərək sürücülük vəsiqəsini almaq üçün onlara 500 avro təklif edib.


Səfir Elman Zeynalov


ANS PRESS-in məlumatına görə, virtualaz.org saytının əməkdaşı CSDD-nin İvas və Uldas adlı həmin müfəttişləri ilə telefon əlaqəsi saxlaya bilib. Hər iki müfəttiş səfirin xanımının onlara rüşvət təklif etdiyini təsdiqləyib və başlarına gələnlərdən hələ də təəccüb içində olduqlarını deyib. “Biz dərhal Antikorrupsiya bürosuna zəng vurduq və Azərbaycan vətəndaşı olan xanım saxlanıldı. Tezliklə qadını buraxdılar, ancaq onun işi araşdırılır. İnsident barədə Latviya XİN də məlumatlandırılıb. Təəssüf ki, mən qadının adını deyə bilmərəm”- müfəttiş İvas Karlis deyib.

Qeyd edək ki, Elman Zeynalov 1993-cü ildən diplomatik xidmətdədir. Ukraynadakı səfirlikdə və XİN-in mərkəzi aparatında işləyib. 2005-ci ildə Bolqarıstanda səfir olub, daha sonra Latviyaya təyin edilib. Azərbaycan XİN-dən bu insidentə şərh almaq mümkün olmayıb.

Azərbaycanın Latviyadakı səfiri Elman Zeynalov səfir olduğu ölkədə həyat yoldaşı Nəzirə Zeynalovaya cinayət işi açılması ilə bağlı yayılan xəbərə aydınlıq gətirib.

ANS PRESS-in məlumatına görə, E. Zeynalov APA-ya açıqlamasında bildirib ki, həyat yoldaşı N. Zeynalova ötən ilin sonunda sürücülük vəsiqəsi ilə bağlı bütün imtahanları və lazım olan mərhələləri əla göstəricilərlə verib: "Bütün mərhələləri özü keçəndən sonra əməkdaşa 500 yox, 50 avro Yeni İl qabağı hədiyyə olaraq verib. Yəni vəsiqə müqabilində yox, sadəcə sonda, hər şeyi özü yerinə yetirəndən sonra Yeni İl hədiyyəsi kimi təqdim edib. Bu hər yerdə, eləcə də burda adi haldır. Sadəcə o məmur görüb ki, bu səfir xanımıdır, qorxuya düşüb nədirsə götürüb öz idarələrinə bunu rüşvət kimi təqdim edərək məlumat verib. Onlar da buranın Xarici İşlər Nazirliyinə məlumat veriblər. Buranın XİN-i isə mənə bunu təəssüflə bildirdilər ki, “heyif ki, o məmur bunu belə anlayıb” və mənə buna görə narahat olmamağımı bildiridlər. Çünki onlar mənim fəaliyyətimi çox yaxşı bilirlər. Burada hər şey açıq-aşkar bilinir".

Səfir qeyd edib ki, onun xanımı ilə bağlı cinayət işi açılması barədə xəbər həqiqəti əks etdirmir: "Diplomatlarla və onların ailəsi ilə bağlı müvafiq konvensiyaya görə cinayət işi açıla bilməz. İkincisi isə burada bu hala görə cinayət işi açılmır, ən azı onun açılması üçün bu yetərincə sübut sayılmır. Çünki xanımımın sürücülük vəsiqəsi ilə bağlı bütün imtahanları özünün verdiyi rəsmən təsdiqlənmişdi, onlar tərəfindən bu qeydə alınmışdı. Yəni pul, özü də elə az miqdarda hədiyyə şəklində verilən pul vəsiqəni almaq üçün təklif olunmayıb”.

Elman Zeynalov qeyd edib ki, o, səfir kimi fəaliyyətində həmişə diqqətli və həssas olub: “Mən indi buranın da qanunlarını bildiyim halda heç belə addıma yol verə bilərəmmi? Ona görə də məlumatları yazarkən mənimlə əlaqə saxlamaq daha yaxşı olardı. Mən vətənimin və dövlətimin keşiyində, onun adı ilə həmişə şərəflə, qürurla xidmət etmişəm”.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Portuqaliyada bu qapıçının şərəfinə heykəl ucaldıldı - FOTO

28 May 2017 14:22

Ərəb şeyxləri üçün özəl hazırlanmış inanılmaz avtomobillər -FOTOLAR

28 May 2017 14:18

Reynaldo üçün azərbaycanlı baş məşqçi

28 May 2017 14:17

İki sərnişin göydə mübahisə etdi - Təyyarə təcili endirildi

28 May 2017 14:12

"KaMAZ"la "ZİL" toqquşdu - Yaralananlar var

28 May 2017 14:12

Əfqanıstanda mikroavtobus dərəyə yuvarlandı

28 May 2017 14:09

PKK-ya daha bir zərbə: 13 terrorçu öldürüldü

28 May 2017 14:08

Futbol tarixinin ən bahalı 10 transferi - SİYAHI

28 May 2017 14:07

19 dinc sakin öldürüldü

28 May 2017 14:06

Bakıda ziyarətgahdan telefon oğurluğunun GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO

28 May 2017 14:05

Rusiyadan Türkiyə uçan təyyarə təcili eniş edib

28 May 2017 14:01

Dünyanın ən maraqlı və bahalı 10 velosipedi - FOTOLAR

28 May 2017 13:58

"Kadiz" qol yağışından xalla çıxdı

28 May 2017 13:47

Bakıda ziyarətgahdan telefon oğurluğu görüntüləri yayıldı

28 May 2017 13:45

Çikaqoda Respublika Günü qeyd olundu

28 May 2017 13:43

"Zirə" klubu fransalı legioneri ilə yollarını ayırıb

28 May 2017 13:42

İraqda terrorçu-kamikadze özünü partlatdı

28 May 2017 13:38

Nağıyev yenilgi gördü

28 May 2017 13:37

İraqda terrorçu-kamikadze özünü partladıb: 4 ölü

28 May 2017 13:36

Məlahət özünü niyə asdı? - SƏBƏB

28 May 2017 13:32

"Neftçi"də yeni idman direktoru - ÖZƏL

28 May 2017 13:27

Şri-Lankada daşqınlar 146 nəfərin həyatına son qoyub

28 May 2017 13:27

Paşayev bu tur nə etdi?

28 May 2017 13:27

"Barselona"dan şok təklif: Onu verin, Neymarı alın

28 May 2017 13:27

Azərbaycan məktəbində “Son zəng” faciəsi

28 May 2017 13:19

64 il xəbərsiz qaldığımız tarixi məqalə – Rəsulzadə bütün Qafqazı birləşdirmək istəyirdi?

28 May 2017 13:13

Azərbaycanlı məşqçi Türkiyənin məşhur klubunda

28 May 2017 13:12

Şri-Lankada daşqınlar: 146 ölü

28 May 2017 13:08

Azərbaycanlı milyarderdən modelə 500 minlik təklif

28 May 2017 13:06

Ərzaq daşıyan yük maşını "Mercedes"lə toqquşdu: 3 nəfər yaralandı

28 May 2017 13:05

Sabah hava necə olacaq?

28 May 2017 13:03

Tarixin ən bahalı transferi olacaq futbolçu

28 May 2017 12:57

Ramil Şeydayev mövsümün son oyununda 2 qol vurdu

28 May 2017 12:57

Rus qızların şıdırğı Azərbaycan rəqsi

28 May 2017 12:54

İranın 2 sərhədçi öldürüldü

28 May 2017 12:52

Qəhvənin insan orqanizminə İNANILMAZ TƏSİRİ

28 May 2017 12:48

Tərtərdə yük avtomobilləri toqquşub: xəsarət alanlar var

28 May 2017 12:42

Qəhrəman jurnalistlərimiz

28 May 2017 12:42

Bakıda 35 yaşlı kişi özünü zəhərlədi

28 May 2017 12:37

İranın qərbində 2 sərhədçi terrorçular tərəfindən öldürülüb

28 May 2017 12:36

Qarışqalar onları aldadan digər qarışqanı belə öldürdülər

28 May 2017 12:35

"Kəs səsini, sözünü geri götür" - ADU rektoru - VİDEO

28 May 2017 12:27

Yaponiya KXDR-ə qarşı özünün sanksiyalar paketini hazırlayır

28 May 2017 12:22

Telefondan silinən şəkilləri yenidən necə qaytarmaq olar? - ŞƏKİLLİ İZAH

28 May 2017 12:18

Ramazanda iftar azanı: ruhunuzu saflaşdıran səs

28 May 2017 12:18

Məktəbdə qətlə yetirilən Kənan

28 May 2017 12:08

Mehmet Əli Ərbil: "Bir kişi bədənimə toxunsa..."

28 May 2017 12:05

Sabaha olan hava proqnozu

28 May 2017 11:59

Telefon zəngi ölümünə səbəb oldu - Qusarda

28 May 2017 11:53

Azərbaycanda uşaq verilişlərinin reklamla kəsilməsi qadağan edilir

28 May 2017 11:51