Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda şəhid hərbçilərin dəfn qaydaları dəyişdi

Azərbaycanda şəhid hərbçilərin dəfn qaydaları dəyişdi

Date: 15 January 2016 09:57

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi"ndə dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 39-VQD nömrəli Qanununun tətbiqi barədə fərman imzalayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, sərəncama əsasən, Nazirlər Kabineti üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası prezidentinin aktlarının "Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi"ndə dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan prezidentinə təqdim etməlidir.
 
Nazirlər Kabineti normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etməli və bu barədə prezidentə məlumat verməlidir.
 
Həmçinin, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi"nin 350-ci maddəsinin birinci cümləsinə uyğun olaraq, dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin uçotunun aparılması qaydasını müəyyənləşdirməli və bu barədə Azərbaycan prezidentinə məlumat verməlidir.
 
Həmin Nizamnamənin 16 saylı əlavəsinin 1.7-ci maddəsinə uyğun olaraq, dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün maliyyə yardımı göstərilməsi qaydasını və həmin yardımın məbləğini müəyyən etməli, bu barədə prezidentə məlumat verməlidir.
 
Nizamnamənin 16 saylı əlavəsinin 1.5-ci (hər iki halda) maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanı barədə təkliflərini hazırlayıb Azərbaycan prezidentinə təqdim etməlidir.
 
Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamalı, bunun icrası barədə beş ay müddətində Azərbaycan prezidentinə məlumat verməlidir.
 
Müəyyən edilib ki, "Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi"nin 350-ci maddəsinin birinci cümləsində, həmin Nizamnamənin 16 saylı əlavəsinin 1.7-ci (birinci halda) maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Nazirlər Kabineti həyata keçirir. Həmin Nizamnamənin 335-ci maddəsinin üçüncü cümləsində, 350-ci maddəsinin ikinci cümləsində, Nizamnamənin 16 saylı əlavəsinin 1.3-cü (birinci halda), 1.4-cü, 1.6-cı, 1.7-ci (ikinci halda), 5.3-cü, 6.1.2-ci, 6.1.3-cü və 7.1-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Müdafiə Nazirliyi həyata keçirir. Nizamnamənin 16 saylı əlavəsinin 2.1-ci və 2.2-ci (hər iki halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhərdə rayon icra hakimiyyətlərinin nümayəndəlikləri, habelə Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri həyata keçirir.
 
Nizamnamənin 16 saylı əlavəsinin 3.1-ci, 3.2-ci (hər iki halda), 4.3-cü, 6.1-ci və 6.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti həyata keçirir.
 
Nizamnamənin 16 saylı əlavəsinin 1.3-cü (ikinci halda) maddəsində, 5.8-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirir.
 
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi"ndə dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib, Nazirlər Kabinetinə məlumat verməlidir.

Milli.Az


Tags:  Azərbaycanda şəhid hərbçilərin dəfn qaydaları dəyişdi


RƏYLƏR


Top news