Latviya DİN: "Azərbaycan səfirinin arvadı rüşvət vermək istəyib"

Latviya DİN: "Azərbaycan səfirinin arvadı rüşvət vermək istəyib"
09:57 15 Yanvar 2016
61 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanın Latviyadakı səfiri Elman Zeynalovun xanımı Nazirə Zeynalovaya qarşı Latviya Antikorrupsiya Bürosu tərəfindən cinayət işi açılıb.
Səfir bu məsələ ilə bağlı dünən açıqlama vermişdi.
Milli.Az APA-ya istinadən bildirir ki, E. Zeynalovun dediyinə görə,  həyat yoldaşı N. Zeynalova ötən ilin sonunda sürücülük vəsiqəsi ilə bağlı bütün imtahanları və lazım olan mərhələləri əla göstəricilərlə verib: "Bütün mərhələləri özü keçəndən sonra əməkdaşa 500 yox, 50 avro Yeni il qabağı hədiyyə olaraq verib. Yəni vəsiqə müqabilində yox, sadəcə sonda, hər şeyi özü yerinə yetirəndən sonra Yeni il hədiyyəsi kimi təqdim edib. Bu hər yerdə, eləcə də burada adi haldır. Sadəcə o məmur görüb ki, bu səfir xanımıdır, qorxuya düşüb-nədirsə, götürüb öz idarələrinə bunu rüşvət kimi təqdim edərək məlumat verib. Onlar da buranın Xarici İşlər Nazirliyinə məlumat veriblər. Buranın XİN-i isə mənə bunu təəssüflə bildirdilər ki, "heyif ki, o məmur bunu belə anlayıb" və mənə buna görə narahat olmamağımı bildirdilər. Çünki onlar mənim fəaliyyətimi çox yaxşı bilirlər. Burada hər şey açıq-aşkar bilinir".

Səfir qeyd edib ki, onun xanımı ilə bağlı cinayət işi açılması barədə xəbər həqiqəti əks etdirmir: "Diplomatlarla və onların ailəsi ilə bağlı müvafiq konvensiyaya görə cinayət işi açıla bilməz. İkincisi isə burada bu hala görə cinayət işi açılmır, ən azı, onun açılması üçün bu yetərincə sübut sayılmır. Çünki xanımımın sürücülük vəsiqəsi ilə bağlı bütün imtahanları özünün verdiyi rəsmən təsdiqlənmişdi, onlar tərəfindən bu qeydə alınmışdı. Yəni pul, özü də elə az miqdarda hədiyyə şəklində verilən pul vəsiqəni almaq üçün təklif olunmayıb".

Lakin Latviya Yol Hərəkətinin Təhlükəsizliyi Müfəttişliyinin (CSDD) müfəttişi İvaps Karlis dediklərindən geri çəkilmir. 

Milli.Az haqqın.az-a istinadən bildirir ki, Nəzirə Zeynalovanın məhz İ.Karlisə 500 avro məbləğində rüşvət verməyə çalışdığı iddia olunur.

"Bizdə hər şey protokollaşdırılıb. 500 avroluq rüşvət cəhdi ilə bağlı məsələni Antikorrupsiya Bürosu araşdırır. İndiyədək dediklərimə heç nə əlavə edə bilmərəm", - İ.Karlis söyləyib.
 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/398076.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR