Kiyevdə Günayın başına iş gəldi - fotolar

Kiyevdə Günayın başına iş gəldi -  fotolar
10:01 15 Yanvar 2016
38 Şou
Ölkə mətbuatı
A- A+

ATV-nin aparıcısı Günay Firudinqızı Kiyevə istirahətə yollanıb.

Axşam.az-ın məlumatına görə, şəkillərini sosial şəbəkədə paylaşan aparıcı təəssüratlarını bölüşüb:

“Yolkanın yanında durub şəkil çəkdirməyə görə, yəqin indi mənə bəxtəvərçilik verəcəksiniz. Bəzi boşboğazların yazıları yenə səhifəmə gələcək. Amma mən sevgili dostlarıma demək istəyirəm ki, bir neçə gündür Kiyevdə olmağıma baxmayaraq, nağıllar aləminə bu gün getdim. Evə qayıdarkən yolda azdım. Bakıda olsaydım gecəni azmaqdan qorxmazdım. Amma qərib diyarda etiraf edim ki, çox qorxdum. Qaldığım yerin ünvanını yadımda saxlamadığımdan dərdimi kimsəyə deyə bilmədim. Yaxınlıqda olan restoranların adından isə bir yerdə 5 dənə var. Heç kimə başa sala bilmirəm ki, qaldığım yerin yanında filan restoran yerləşir. Uzun axtarışlardan sonra nəhayət ki, ünvanı tapdım”.







Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=44291

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR