“Atletiko” klubu FİFA-nın qərarı ilə bağlı apelyasiya şikayəti verəcək

“Atletiko” klubu FİFA-nın qərarı ilə bağlı apelyasiya şikayəti verəcək
10:03 15 Yanvar 2016
15 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 yanvar, AZƏRTAC
Madridin “Atletiko” futbol klubu FİFA-nın verdiyi transfer qadağası ilə bağlı cəzaya etiraz etmək üçün apelyasiya şikayəti verəcək.
AZƏRTAC xəbər verir ki, Madrid klubu verilən cəza ilə razılaşmadığını açıqlayıb.
Qeyd edək ki, 18 yaşına çatmayan futbolçuların transferi zamanı qanun pozuntusuna yol verdiyi üçün FİFA "Atletiko"ya transfer qadağası qoyub. Cəza qarşıdakı iki transfer pəncərəsinə şamil ediləcək. Bundan başqa “Atletiko” 900 min İsveçrə frankı məbləğində cərimələnib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Atletiko_klubu_FIFA_nin_qerari_ile_bagli_apelyasiya_sikayeti_verecek-918645

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR