Məktəblərdə qeyri-pedaqoji kadrların işə qəbulu qaydaları dəyişdiriləcək

Məktəblərdə qeyri-pedaqoji kadrların işə qəbulu qaydaları dəyişdiriləcək
10:17 15 Yanvar 2016
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanın rayon və şəhərlərindəki orta məktəblərdə qeyri-pedaqoji kadrların bir hissəsinin işə qəbulunun mərkəzləşdirilmiş şəkildə müsabiqə yolu ilə aparılması nəzərdə tutulur.

Milli.az bildirir ki, bunu Trend-ə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri İlham Nağıyev deyib.

İ.Nağıyev bildirib ki, hazırda orta məktəblərdəki qeyri-pedaqoji profilli kadrların bəziləri rayon təhsil şöbəsinin razılığını almaqla direktorlar tərəfindən işə qəbul edilir, bəziləri isə məktəb direktorlarının özləri tərəfindən, yəni sərbəst şəkildə işə götürülür.

Şöbə müdiri həmin vəzifələrin kitabxanaçı, laborant, katibə, uşaq birlikləri təşkilatlarının rəhbərləri vəzifələrinə aid olduğunu da açıqlayıb.

İ.Nağıyev deyib ki, Bakıda bu vəzifələrin bir hissəsi, məsələn, laborant və direktor müavinlərinin işə qəbulunun artıq mərkəzləşdirilmiş imtahan nəticəsi əsasında aparılması proseduruna başlanılıb. Təxminən bir il əvvəl tətbiq olunmağa başlayan bu prosedurun nəticələri hələlik uğurlu hesab edilir: "Gələcəkdə qeyri-pedaqoji kadrların mərkəzləşdirilmiş şəkildə işə qəbulu prosedurunun rayonlarda da tətbiq edilməsi planlaşdırılır. Çünki mərkəzləşdirilmiş imtahan ədalətlilik, şəffaflıq, hər bir kəsə eyni yanaşmanın olması deməkdir. Bununla bağlı artıq planlar var, bu istiqamətdə təhlillər aparacağıq".


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/398083.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR