Piyadalar üçün cərimə artırılır - video

Piyadalar üçün cərimə artırılır - video
10:06 15 Yanvar 2016
28 Şou
Ölkə mətbuatı
A- A+

Kimi magistral yolu qaçaraq, kimi arxayınlıqla, kimi də piyada keçidinin bir addımlığında keçməyə çalışır.

Axşam.az ATV-yə istinadən xəbər verir ki, bu mənzərə ilə demək olar ki, hər gün rastlaşırıq. Qaydanı pozmaqla özlərini, həm də sürücüləri təhlükəyə atanlar isə vəziyyətdən çıxmağa çalışırlar.

Hardan gəldi yolu keçən piyadalar ən çox sürücülərin işini çətinə salır. Baş Dövlət Yol Polisi İdarəsindən bildirildi ki, bu sahədə cərimələrin artırılması ilə yanaşı, gərək hər bir piyada öz məsuliyyətini dərk etsin. Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsində intizamsız piyadalar üçün cərimələrin məbləğinin 20 manatdan 30 manata qaldırılması nəzərdə tutulur.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=44292

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR