Aytən Səfərova şagirdi döyən müəllimi müdafiə etdi

Aytən Səfərova şagirdi döyən müəllimi müdafiə etdi
10:21 15 Yanvar 2016
152 Şou
Ölkə mətbuatı
A- A+

“Sumqayıtda müəllim şagirdi döyüb. Gör o müəllimi hansı həddə çatdırmaq lazımdır ki, 150 manata hər gün məktəbə yarıac, yarıtox ayaq döyən bir ailə başçısı buna əl atsın. Həmin müəllim o sırtıq şagirdin, o gədənin atasının etmədiyini edib”.

Axşam.az-ın məlumatına görə, bu sözləri aparıcı Aytən Səfərova yazıb. O, Sumqayıtda şagirdi döydüyü üçün məktəbdən uzaqlaşdırılan müəllimin haqlı olduğunu vurğulayıb:

“Məni və qardaşımı atam kəmərlə ayağımızdan vururdu. Oğlunu, qızını vaxtında döyməsəydi, indi dizini döyərdi. Məktəblərdə o qədər sırtıq, valideyn tərbiyəsi görməyən, sanki meşədən sivilizasiyaya çıxan, sözlə izaholunmaz dərəcədə axmaq uşaqlar var. Hamı Qurqeni baltaladığına görə Ramil Səfərovu qınayırdı. Görün nə həddə çatdırmaq lazımdır ki, gözünə heç nə görsənməyib belə addım atsın. O müəllimə mən yalnız səbr diləyirəm. Biz isə düzələn deyilik. Hətta toylarda əlində çubuq tutan xalqlardanıq. Düzəlmək üçün sanki yun çubuğunu özümüzə vurdurmalıyıq. Xoş danışanı qorxaq sanırıq, saymayanı başımıza otuzdururuq, özümüzə hörmət qoymuruq”.

A.Səfərova bu fikirlərinə görə onu qınayanlara da cavab verib:

“Mən öz uşağına tərbiyə verən valideynlərdənəm. Uşağım böyük-kiçik yerini bilən, müəllimə hörmət qoyan ailədən məktəbə gedir. Bu bir ananın və müəllimin qızının yazdığı statusdur. Gülməkdə hamı sərbəstdir”.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=44293

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR