Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rusiyada axtarışda olan azərbaycanlı həbs edildi

Rusiyada axtarışda olan azərbaycanlı həbs edildi

Date: 15 January 2016 10:22

Rusiyanın Perm vilayətində federal axtarışda olan azərbaycanlı saxlanılıb.

APA-nın Rusiya Daxili İşlər Nazirliyinin Perm vilayəti üzrə idarəsinin saytına istinadən verdiyi məlumata görə, Perm-Yekaterinburq avtomagistralında nəqliyyat müfəttişləri sənədləri yoxlamaq üçün "VAZ" markalı avtomobili saxlayıblar. Avtomobilin sürücüsü, 36 yaşlı azərbaycanlının sənədlərinə baxarkən onların saxta olduğu ortaya çıxıb. Polis bölməsinə aparılan şəxsin Çelyabinsk vilayətində federal axtarışda olduğu məlum olub. Həmin şəxs Çelyabinsk polisinə təhvil verilib.

Milli.Az


Tags:  Rusiyada axtarışda olan azərbaycanlı həbs edildi


RƏYLƏR


Top news