Qardaşının öldürüb basdırdığı deyilən qız tapıldı

Qardaşının öldürüb basdırdığı deyilən qız tapıldı
10:36 15 Yanvar 2016
334 Ölkə
Ölkə mətbuatı
A- A+

Tovuzda qardaşı tərəfindən öldürülüb kənd qəbristanlığında basıdırıldığı iddia edilən Zülfiyyə Məhərrəmova tapılıb.

Tovuz Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Zülfiyyə Məhərrəmovanın elə yaşadığı evin yaxınlığındakı qonşunun evində gizləndiyi məlum olub: "Əməkdaşlarımız hazırda hadisə yerindədir. Səhər saatlarında qonşulardan biri 21 yaşlı Zülfiyyənin başqa bir qonşularının evində gizləndiyini görüb. Dərhal əraziyə baxış keçirən əməkdaşlarımız Zülfiyyə Məhrrəmovanı aşkarlayaraq ailəsinə təhvil veriblər".

Şöbədən onun da bildirdilər ki, qız sarsıntı keçirdiyi üçün hazırda ona sistem qoşulub və ifadə verə bilmir. "Yaxın saatlarda o, müayinə üçün Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılacaq. Ancaq hələlik qızın ilkin ifadəsi alınmadığı üçün onun hansı səbəbdən bu yola əl atdığı bilinmir", -deyə şöbədən bildirdilər.

1995-ci il təvəllüdlü Zülfiyyə Məhərrəmovanın itkin düşməsində şübhəli şəxs qismində saxlanan qardaşı 17 yaşlı Anar Səmədov sərbəst buraxılıb.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.


İtkin düşən Zülfiyyə Məhərrəmova


Xatırladaq ki, yanvarın 13-də KİV-də Tovuz rayonunun Əyyublu kənd sakini, itkin düşən 21 yaşlı Zülfiyyə Məhərrəmovanın öldürülməsi barədə məlumat yayılıb.

Məlumata görə, Z.Məhərrəmovanın kiçik qardaşı Anar şübhəli şəxs qismində saxlanılaraq Tovuz rayon Polis şöbəsinə aparılıb. İlkin ifadəsində qardaşı bacısını öldürərək yaxınlıqdakı qəbiristanlıqda basdırdığını bildirib.
Hazırda qardaşın ifadəsi ilə əlaqədar istintaq tədbirləri davam etdirilir. Kənd sakinləri isə Anarın qətli tək törətmədiyini bildiriblər.


Evdə aşkarlanan qan ləkəsi


Ötən gün isə Tovuz Rayon Polis İdarəsindən ANS PRESS-ə bildirmişdilər ki, 1995-ci il təvəllüdlü Zülfiyyə Nizami qızı Məhərrəmovanın qardaşı tərəfindən öldürülməsi faktı dəqiq və yoxlanmış məlumat deyil: "Bəzi kütləvi informasiya vasitələri məlumat yayıblar ki, 21 yaşlı qız qardaşı tərəfindən öldürülüb və yaxınlıqdakı qəbiristanlıqda basdırılıb. Bu məlumatlar həqiqətə uyğun deyil".


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=369775

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR