Bağça tərbiyəçisi əxlaqsız qadın çıxdı - VİDEO +18

Bağça tərbiyəçisi əxlaqsız qadın çıxdı - VİDEO +18
10:37 15 Yanvar 2016
186 Maraqlı
Ölkə mətbuatı
A- A+

Rusiyanın Kalininqrad şəhərindəki "Solnışko" uşaq bağçasında tərbiyəçi işləyən Yekaterina Qorlova haqqında cinayət işi açılıb. O, fahişəlik etməkdə şübhəli bilinir.

Milli.Az LifeNews-a istinadən bildirir ki, qalmaqal uşaq bağçasındakı körpələrdən birinin valideyninin Yekaterina Qorlovanı tanımasından sonra başlayıb.

Valideyn "Solnışko" rəhbərliyinə müraciət edərək Y.Qorlovanın şəhərdəki fahişəxanalardan birində işlədiyini deyib. Bir qədər sonra isə Yekaterina Qorlovanın pornoqrafik videosu internetdə yayılıb. Sən demə, "Solnışko" uşaq bağçasında tərbiyəçi və musiqi müəllimi işləyən Yekaterina Qorlova şəhər fahişəxanalarında və intim-saytlarda "Nastya Monpasye" kimi tanınırmış.

Yayılan digər videoda isə Y.Qorlova "müştəri"sinə deyir: "Bağçada uşaqlara mahnı və rəqs öyrədirəm. Fahişəliyim uşaqlarla işimə təsir etmir. Üstəlik, bu işlə sürəkli məşğul olmuram".

Y.Qorlovanın dediyinə görə, sabiq sevgilisi ondan bu minvalla qisas alır: "Mən fahişə deyiləm. Açıq-saçıq video və ya fotolarımsa fahişə olmağıma dəlalət etmir".


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/398089.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR