Mərkəzi Bank xarici valyuta əməliyyatlarının aparılmasının avtomatlaşdırılmış monitorinq sistemini yaradır

Mərkəzi Bank xarici valyuta əməliyyatlarının aparılmasının avtomatlaşdırılmış monitorinq sistemini yaradır
10:38 15 Yanvar 2016
42 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 yanvar, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankı xarici valyuta əməliyyatlarının aparılmasının avtomatlaşdırılmış monitorinq sisteminin yaradılması üçün tender elan edir.
AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, tender proseduru martın 1-də Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binasında keçiriləcək. İddiaçılar tenderdə iştirak haqqı kimi 200 manat məbləğində vəsait köçürməlidirlər. Xarici iddiaçılar iştirak haqqını ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsi ilə ABŞ dollarında ödəyə bilərlər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Merkezi_Bank_xarici_valyuta_emeliyyatlarinin_aparilmasinin_avtomatlasdirilmis_monitorinq_sistemini_yaradir-918650

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR