Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Keçən il Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi 422 vətəndaşı qəbul edib

Keçən il Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi 422 vətəndaşı qəbul edib

Date: 15 January 2016 10:47

Bakı. 15 yanvar. REPORT.AZ/ Keçən il Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə 7266 müraciət daxil olub, bunlardan 5820-si ilkin, 1446-sı təkrar olub. “Report”un xəbərinə görə, bu barədə baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev məlumat verib.
Daxil olmuş 7266 müraciətin 5954-ü aidiyyəti üzrə nazirlik, komitə və təşkilatlara göndərilməklə 2100 müraciət üzrə qabaqlayıcı və digər müvafiq tədbirlərin görülməsi təmin edilib, 449-ü Baş İdarədə, 833-ü isə prokurorluğun müvafiq struktur qurumlarında araşdırılıb.
2015-ci il ərzində “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş 30 müraciət üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb.
Baş İdarədə 2614 vətəndaşın qəbul edilməsi təmin edilib ki, bunlardan 422-i Baş İdarə rəisi, 171-i Baş İdarənin idarə və şöbə rəisləri, 2021-i növbətçi prokurorlar tərəfindən qəbul edilib.

Tags:  Keçən il Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi 422 vətəndaşı qəbul edib

RƏYLƏR


Top news