Yeni valideyn olan Neslişah Alkoçlar və Engin Altan Düzyatan cütlüyü kimsəsiz uşaqları sevindirmək qərarına gəlib.
Milli.Az gecce.az-a istinadən xəbər verir ki, yanvarın 9-da oğlu dünyaya gələn cütlük körpəyə göndərilən bütün hədiyyələri kimsəsiz uşaqlara bağışlayıb. Alkoçların ötən ay keçirdiyi "baby shower" partisinə gətirilən hədiyyələrlə yanaşı, firmaların göndərdiyi hədiyyələr haradasa 1 yük maşınını dolduracaq həcmə çatıb. Hədiyyələr arasında körpənin bir yaşına qədər bütün ehtiyaclarını ödəyəcək - yemək şüşəsindən körpə bezinə, üst geyimdən oyuncağa qədər yüzlərlə hədiyyə olub. Hədiyyələri ilk olaraq İnternat Məktəbinə göndərən cütlük hədiyyələrin davamı gəldikcə digər məktəblərə də göndərəcəklərini bildiriblər.