Səlim Müslümov ötən il 664 vətəndaşı qəbul edib

Səlim Müslümov ötən il 664 vətəndaşı qəbul edib
10:54 15 Yanvar 2016
16 Sosial
Ölkə mətbuatı
A- A+

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində vətəndaşlarla mütəmadi görüşlərin keçirilməsi, onların müraciətlərinin operativ və obyektiv cavablandırılması istiqamətində tədbirlərin davamı olaraq, ötən il nazirliyin rəhbər şəxsləri və məsul əməkdaşları tərəfindən 26145 nəfər vətəndaş fərdi qaydada qəbul edilərək müraciətlərinə baxılıb.

 

ƏƏSMN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, həmin şəxslərdən 25633 nəfərini nazirliyin “Qəbul otağı”na müraciət edənlər təşkil edib.

Vətəndaşlardan 664 nəfəri əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən nazirlikdə (152 nəfər) və mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın şəhər və rayonlarında vətəndaşların qəbulu cədvəllərinə uyğun olaraq bölgələrdə keçirilən qəbullar zamanı (512 nəfər) fərdi qaydada qəbul edilib. Digər vətəndaşların müraciətlərinə isə nazir müavinləri, aparat rəhbəri və nazirliyin məsul əməkdaşları tərəfindən baxılıb.

Bildirilir ki, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb. Sorğu xarakterli müraciətlərlə əlaqədar vətəndaşlara dolğun hüquqi izahatlar verilib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228790

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR